Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Bakı Fond Birjası “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları” nda dəyişikliklər etdiyini rəsmi olaraq elan edir.
Yenilənmiş qaydalar emitentlər, investorlar və birja iştirakçıları üçün daha şəffaf, sadələşdirilmiş və beynəlxalq standartlara uyğun bir çərçivə təqdim edir.
Marja Birjaya istinadən xəbər verir ki, əsas dəyişikliklər aşağıdakıları əhatə edir:
Listinq seqmentinə alınma və listinqdə saxlanma tələblərinin təkmilləşdirilməsi – yenilənmiş tələblər kapital bazarının inkişafına, bazarın dərinliyinin artmasına, təkrar bazar likvidliyinin təmin olunmasına və yeni emitentlərin cəlb edilməsinə xidmət edir.
Yeni İnkişaf Bazar seqmentinin tətbiqi – real sektordan olan (qeyri-maliyyə) şirkətlərin sərbəst tədavül həcminə malik səhmlərini Birjada emissiya etməsinə və təkrar bazarda ticarətini həyata keçirməsinə imkan yaradılır.
Açıqlanma tələblərinin gücləndirilməsi – listinqdə olan şirkətlər üçün müntəzəm olaraq açıqlanmalı olan məlumatlar və hesabatlara dair tələblər strukturlaşdırılır.
Delistinq prosedurlarının tənzimlənməsi – investorların maraqlarının qorunması baxımından delistinq əsasları və prosedur tələbləri aydınlaşdırılır.
Yenilənmiş qaydalar 6 may 2026-cı ildən qüvvəyə minəcək. Sənədin tam mətni BFB-nin rəsmi saytının "Qaydalar" bölməsindən əldə edilə bilər.
Qaydalarda bildirilir:
Qiymətli kağızların listinq seqmentləri və listinqə daxil edilməsi şərtləri
Birjada səhmlər yalnız kütləvi təklif üsulu ilə yerləşdirilməklə Əsas, Standart və İnkişaf bazarı seqmentləri üzrə listinqə daxil edilir.
Səhmlərin Əsas bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:
-Emitent Açıq Səhmdar Cəmiyyət olmalı və qiymətli kağızlarının buraxılışını kütləvi təklif üsulu ilə həyata keçirməlidir.
- Emitentin qeydiyyatdan keçmiş və ödənilmiş nizamnamə kapitalı ən azı 10 000 000 (on milyon) manat olmalıdır.
- Emitentin qeydiyyatdan keçmiş adi, adlı səhmlərinin ən azı 5%-i sərbəst tədavül həcminə malik olmalıdır.
- Emitentin listinqə müraciəti zamanı xalis aktivlərinin dəyəri ödənilmiş nizamnamə kapitalından az olmamalıdır.
- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı, müstəqil auditor tərəfindən ən azı son 2 (iki) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.
- Emitent öz maliyyə hesabatlarını, fəaliyyətinin əsas istiqamətlərini, ictimaiyyətə mütəmadi olaraq dövrü şəkildə öz veb səhifəsində açıqlamalıdır.
- Emitentin Müşahidə şurası (direktorlar şurası) olmalıdır;
- Emitentin İnvestorlarla iş üzrə əlaqədar nümayəndəsi və ya müvafiq strukturu olmalıdır
- Emitentin son 2 (iki) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir.
Səhmlərin Standart bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:
- Emitent Açıq Səhmdar Cəmiyyəti olmalı və qiymətli kağızlarının buraxılışını kütləvi təklif üsulu ilə həyata keçirməlidir.
- Emitentin qeydiyyatdan keçmiş və ödənilmiş nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır.
- Emitentin listinqə müraciəti zamanı xalis aktivlərinin dəyəri ödənilmiş nizamnamə kapitalından az olmamalıdır
- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı və müstəqil
auditor tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.
Səhmlərin İnkişaf Bazarı listinq seqmentinə daxil edilməsi üçün tələblər:
Emitent Açıq Səhmdar cəmiyyəti olmalı və qiymətli kağızlarının buraxılışını kütləvi təklif üsulu ilə həyata keçirməlidir.
- Emitentin sərbəst tədavül həcmi ən azı 5% təşkil etməlidir.
- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı və müstəqil auditor tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.
- Emitent qeyri-maliyyə sektorunda (real sektor) fəaliyyət göstərməlidir.
- Emitentin xalis aktivlərinin dəyəri və əməliyyatların pul vəsaitlərinin axını müsbət olmalıdır.
İstiqrazların əsas bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:
- Qiymətli Kağızların buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməlidir.
- Ticarət sonrası yerləşdirmə həcmi ən azı 10 000 000 (on milyon) manat olmalıdır.
- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı Müstəqil auditor tərəfindən ən azı son 2 (iki) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.
- Ticarət nəticələri üzrə yerləşdirilmiş həcm ən azı 100 (yüz) investor arasında bölüşdürülməlidir.
- İstiqraz buraxılışı üzrə Birjada market-meykerin təyin olunması emitent tərəfindən təmin edilməlidir. Bu zaman market-meyker fəaliyyəti istiqrazların bütün tədavül müddəti ərzində təmin edilməlidir.
- Emitentin son 2 (iki) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir.
İstiqrazların standart bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:
- Qiymətli Kağızların buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməlidir.
- Ticarət sonrası yerləşdirmə həcmi ən azı 500 000 (beş yüz min) manat olmalıdır.
- Ticarət nəticələri üzrə yerləşdirilmiş həcm ən azı 50 (əlli) investor arasında bölüşdürülməlidir.
- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı, Müstəqil auditor tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)



.jpg)











