"Expressbank"ın İdarə Heyətinə YENİ TƏYİNAT
"Expressbank" ASC-də yeni kadr təyinatı həyata keçirilib.
Marja xəbər verir ki, Fuad Fikrət oğlu Muradəliyev Bankın İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub.
Fuad Muradəliyev maliyyə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, karyerası ərzində əsasən bank sektorunda fəaliyyət göstərərək maliyyə idarəçiliyi, büdcələmə, risklərin qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində geniş bilik və praktiki təcrübə qazanmışdır.
Bu təyinata qədər o, Expressbank-da Maliyyə departamentinin direktoru vəzifəsində çalışmış və bankın maliyyə strategiyasının formalaşdırılması, həmçinin effektiv idarə olunmasında mühüm rol oynamışdır.
Əvvəlki illərdə Bank of Baku ASC-də rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərmiş, həmçinin müxtəlif pillələr üzrə irəliləyərək maliyyə sahəsində peşəkar təcrübəsini daha da möhkəmləndirmişdir.
O, risklərin idarə olunması sahəsində Global Association of Risk Professionals tərəfindən təqdim olunan FRM® (Financial Risk Manager) sertifikatına malikdir. Eyni zamanda, CFA Institute tərəfindən təşkil olunan CFA (Chartered Financial Analyst) proqramının 2 səviyyəsini uğurla tamamlamışdır.
Fuad Muradəliyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti-də Maliyyə ixtisası üzrə başa vuraraq bakalavr və magistr dərəcələri əldə etmişdir.
Onun yeni vəzifədə fəaliyyətinin Expressbank-ın maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə və strateji inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























