Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İran: ABŞ ilə heç bir danışıqlar aparılmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına verdiyi açıqlamada gündəmdə olan məsələlərə münasibət bildirib.

Marja xəbər verir ki, danışıqlar barədə yayılan iddialara toxunan nazir qeyd edib:

“Mesajlar vasitəsilə müəyyən fikirlər irəli sürülüb və bunlar yuxarı instansiyalara çatdırılıb. Zəruri hesab olunarsa, mövqe formalaşdırılar və bu, ali səviyyəli rəsmilər tərəfindən açıqlanar.”

İranlı nazir ABŞ-ın İsrailin maraqları naminə region ölkələrini qurban verdiyini bildirərək vurğulayıb:

“Hazırkı siyasətimiz ölkəni müdafiə etməyə davam etməkdir və ABŞ ilə heç bir danışıqlar aparılmır”.

Əraqçi atəşkəs məsələsinə də münasibət bildirərək deyib ki, bu, müharibəni təkrarlayan qapalı bir dövrdür:

“Bəzi ölkələrin xarici işlər nazirləri və liderləri telefon vasitəsilə atəşkəs təklifləri irəli sürdülər, biz də mövqeyimizi həmin danışıqlarda çatdırdıq. Biz atəşkəs istəmirik, müharibənin tam başa çatmasını istəyirik.”

Nazir həmçinin Hörmüz boğazı ilə bağlı vəziyyətə toxunaraq bildirib:

“Silahlı Qüvvələrin Hörmüz boğazına daxil olması halında gərginliyin artacağı barədə bütün ölkələri xəbərdar etmişik. Hörmüz boğazı bizim ərazi sularımızda yerləşir və nəzarətimiz altındadır. Bizim mövqeyimizə görə boğaz bağlanmayıb, sadəcə düşmənə və onlarla əlaqəli olanlara bağlıdır”.

O əlavə edib ki, hazırda bəzi gəmilərin keçə bilməməsinin səbəbi sığorta məsələləridir:

“Hazırda gəmilər boğazdan keçə bilmir, çünki sığortaları müharibə şəraitini əhatə etmir. Bəzi ölkələr bizimlə əlaqə saxlayaraq keçid üçün müraciət ediblər və biz də bəzilərinə icazə vermişik. Hazırda Çin, Rusiya, İraq, Pakistan, Hindistan və Banqladeş gəmiləri keçid edə bilir. Bu qayda müharibədən sonra da davam edəcək.”

Əraqçi, ABŞ Prezidenti Donald Trump tərəfindən İranın infrastrukturuna yönəlik hücum təhdidlərinə də cavab verib:

“İnfrastrukturumuza qarşı hər hansı hücum təhdidi ilə bağlı Silahlı Qüvvələr tərəfindən belə bir addımın ciddi fəlakətlə nəticələnəcəyi barədə lazımi xəbərdarlıqlar edilib.”

Nazir qeyd edib ki, müharibənin əsas yükünü həm ABŞ xalqı, həm də region ölkələrinin əhalisi daşıyır. O, Avropa ölkələrinin müharibəyə qarşı olduqlarını bəyan etsələr də, praktiki olaraq İrana qarşı hücumları qınamadıqlarını vurğulayaraq bildirib:

“Bu, Avropanın beynəlxalq arenada mühüm oyunçu olmadığını göstərdi”.

Sonda Əraqçi ölkə xaricində qalan iranlı zəvvarların daşınmasına göstərilən dəstəyə görə Türkiyə, Azərbaycan, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanı hökumətlərinə təşəkkür edib.

İş elanları AzVak.az-da

26.03.2026 09:30

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18