ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
İran müharibənin dayandırılması üçün beş əsas şərt irəli sürdüyünü açıqlayıb və ABŞ-ın təqdim etdiyi təklifləri rədd edib.İran mediasının yaydığı məlumatlara görə, yüksək vəzifəli rəsmi ABŞ və İsrail ilə davam edən münaqişənin sona çatdırılması üçün beş maddədən ibarət şərtlər siyahısı təqdim edib.
Marja xəbər verir ki, həmin şərtlərə aşağıdakılar daxildir:
hücumların və sui-qəsdlərin dayandırılması, müharibənin yenidən başlamayacağına dair təminat verilməsi, təzminat ödənilməsi, Hörmüz Boğazı üzərində İranın suverenliyinin tanınması və İranla birlikdə münaqişələrdə iştirak edən vekil qruplara qarşı hücumların dayandırılması.
Rəsmi şəxs bildirib ki, ABŞ İranla danışıqlara başlamaq üçün müraciət edib və müxtəlif təkliflər irəli sürüb. Lakin bu təkliflərin “qəbuledilməz tələblər” ehtiva etdiyi üçün Tehran tərəfindən qəbul edilməyib.
İran qeyd edib ki, irəli sürülən şərtlər yerinə yetirilənədək “özünümüdafiə” tədbirlərini davam etdirəcək və münaqişənin nə vaxt bitəcəyinə Tehran qərar verəcək.
Eyni zamanda bildirilir ki, İran əleyhinə hücumların dayandırılması məqsədilə hazırlanmış 15 maddəlik plan Pakistan vasitəsilə Tehrana çatdırılıb. İddialara görə, ABŞ bu plan çərçivəsində danışıqların aparılması üçün bir aylıq müvəqqəti atəşkəs elan etməyi nəzərdən keçirir.
Sözügedən planın İran-ın nüvə potensialının məhdudlaşdırılması, Tehranın nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməsi və İsfahan, Natanz və Fordo şəhərlərində yerləşən nüvə obyektlərinin fəaliyyətinin dayandırılması kimi maddələri əhatə etdiyi bildirilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
42 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)






.jpg)











.jpg)



