Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Məlumata görə, son üç həftə ərzində Rusiyanın gündəlik neft ixrac gəliri 135 milyon dollardan orta hesabla 270 milyon dollara yüksələrək iki dəfə artıb. Eyni zamanda, ölkənin dəniz yolu ilə həyata keçirdiyi neft ixracı da artım nümayiş etdirib. Son dörd həftə ərzində bu göstərici gündəlik orta hesabla 3,6 milyon barelə çatıb.Kreml Yaxın Şərqdəki müharibənin təsiri ilə yüksələn qiymətlər və sanksiyaların nisbətən yumşalması fonunda xam neft ixracını artıraraq, 2022-ci ildə Ukraynaya müdaxilədən bəri neft ixracından ən yüksək gəliri əldə edir.
Marja xəbər verir ki, Rusiyanın ixrac etdiyi neftin qiymətinin artması və ixrac həcmlərinin genişlənməsi həftəlik gəlirlərdə ardıcıl ikinci dəfə güclü sıçrayış yaradıb və ümumi gəliri 2022-ci ilin mart ayından bəri ən yüksək səviyyəyə çatdırıb.
Moskva həmçinin ABŞ-ın 12 mart tarixindən əvvəl yüklənmiş xam neftin alınmasına icazə verən gömrük rüsumu güzəştini uzatması və genişləndirməsindən də faydalanır. Sanksiyalardakı bu yumşalma Hindistana satışların artmasına səbəb olub.
Bundan əvvəl Rusiyanın neft gəlirləri qlobal qiymətlərin azalması səbəbindən ABŞ və İsrailin İrana hücumlarından öncə eniş trendində idi. Lakin fevralın sonunda İrana yönəlik hücumlarla artan gərginlik bu tendensiyanı dəyişib. Son üç həftədə Rusiyanın gündəlik ixrac gəliri yanvar ayında qeydə alınan orta hesabla gündəlik 135 milyon dollardan 270 milyon dollara yüksələrək iki dəfə artıb.
Rusiya Prezidenti Vladimir Putin bu gözlənilməz artımın müvəqqəti ola biləcəyi barədə xəbərdarlıq etsə də, hazırkı vəziyyətdə Moskvanın Ukraynada müharibəsini maliyyələşməsi ciddi dəstək qazanıb.
İxrac həcmlərində artım
Rusiyanın neft ixracı son bir ayda da artım nümayiş etdirib. Gündəlik ixrac həcmi 3,6 milyon barelə çatıb. Qiymət artımı, eyni zamanda, axınlarda müşahidə olunan məhdud yüksəlişlə də dəstəklənib. Qara dənizdə yerləşən Novorossiysk limanındakı neft terminalından daha yüksək həcmdə yükləmələr həyata keçirilib.
Digər tərəfdən, Ukraynanın bazar gecəsi Baltik dənizində yerləşən mühüm limanlardan biri olan Primorsk limanına pilotsuz uçuş aparatı ilə hücumunun, növbəti həftədə bu limandan ixracı azalda biləcəyi ehtimal olunur.
Bloomberg-in gəmi izləmə məlumatlarına əsasən, 22 mart tarixinə qədər olan dörd həftəlik dövrdə Rusiyanın dəniz yolu ilə neft ixracı gündəlik orta hesabla 3,6 milyon barel təşkil edib. Bu göstərici əvvəlki dövrlə müqayisədə təxminən 160 min barel artım deməkdir, lakin Milad öncəsi pik səviyyədən hələ də təxminən 270 min barel aşağıdır.
Hindistana ixrac artır
Hindistana xam neft ixracı mart ayında yenidən artım göstərib. ABŞ-ın dənizdə olan Rusiya neftinin alınmasına icazə verən qərarından sonra tanker axınları bu istiqamətə yönəlib.
Ayın ilk 22 günü ərzində Hindistana göndərilən neft həcmi fevraldakı gündəlik 1,09 milyon bareldən orta hesabla 1,14 milyon barelə yüksəlib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 10 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb







.jpg)

.jpg)



.jpg)








