“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
(®) Etibarlı investisiya axtarışında olanlar üçün “Prior Leasing” ASC yeni istiqrazlar buraxır.
Tezliklə təqdim ediləcək bu manat istiqrazları yüksək gəlir imkanı ilə yanaşı, fərqli istiqamətlərdə investisiya etmək istəyənlər üçün əlverişli fürsət yaradır!
Milli valyutada investisiya etməyi üstün tutan investorlar üçün “Prior Leasing”in təklif edəcəyi istiqrazların şərtləri belədir:
• Nominal dəyəri: 100 AZN;
• Sayı: 10 000 ədəd;
• İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN;
• İllik faiz dərəcəsi: 15 %;
• Tədavül müddəti: 360 gün;
• Faiz ödənişləri: aylıq.
Siz də investisiyanızı doğru yönəldib gəlirinizi artırmaq üçün "Prior Leasing"dəki fürsətdən faydalana bilərsiniz.
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə təsis edilib. Şirkət kənd təsərrüfatı və tikinti texnikalarının, eləcə də yeni nəsil avtomobillərin lizinqlə satışını həyata keçirir. Müasir yanaşma və müştəriyönümlü xidmət prinsiplərinə əsaslanan “Prior Leasing” təklif etdiyi İtaliya, Türkiyə, İsveç, Çin və sair ölkələrə məxsus brendlərin aqrotexnikaları ilə bu illər ərzində bazarda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.
Həmçinin, “Prior Leasing” kənd təsərrüfatı ilə başda olmaqla nəqliyyat-logistika, tikinti və xidmət sahələrində daha böyük və strateji əhəmiyyətli layihələri maliyyələşdirmək iqtidarındadır. Xüsusilə regionlarda fəaliyyət göstərən fermer və sahibkarların texnikalara və avadanlıqlara çıxış imkanlarının artırılması, o cümlədən müştərilər üçün daha çevik və rəqəmsal lizinq həllərinin tətbiqi şirkətin əsas prioritetlərindəndir.
Ətraflı məlumat üçün 858 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)






.jpg)








