"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
ABŞ-ın dərman istehsalçısı "Gilead Sciences" şirkəti bazar ertəsi günü xərçəng terapiyası müalicəsi üzrə tərəfdaşı olan "Arcellx" şirkətini 7,8 milyard dollar qiymətləndirilmiş kapital dəyəri ilə almaq niyyətində olduğunu açıqlayıb.
Marja xəbər verir ki, bu addım tərəflər arasında 2022-ci ildə başlanmış hüceyrə terapiyası inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirəcək.
Sövdələşmədən əvvəl ticarət əməliyyatlarında "Arcellx" səhmləri 77,8% bahalaşaraq 113,99 dollara çatıb, "Gilead Sciences" səhmləri isə təxminən 1% ucuzlaşıb.
"Kite Pharma" (Gilead Sciences-ın törəmə şirkəti) "Arcellx" ilə birlikdə çoxsaylı mieloma (qan xərçənginin bir növü_ üçün eksperimental CAR-T terapiyası olan "anito-cel" dərmanını birgə hazırlayır və satmağı planlaşdırır.
CAR-T hüceyrə terapiyası xəstənin genetik olaraq dəyişdirilmiş immun hüceyrələrinin xərçəng hüceyrələrini taparaq məhv etməsinə əsaslanan müalicə üsuludur.
ABŞ-ın Ərzaq və Dərman İdarəsi (Food and Drug Administration) hazırda terapiyanı qiymətləndirir və qərarın bu ilin dekabrın 23-nə qədər verilməsi gözlənilir.
"Arcellx" xərçəngin müalicəsi üsullarını axtaran biotexnologiya şirkətidir. Şirkətin məqsədi hüceyrə terapiyalarını mühəndisliklə təmin etməklə insanlara xidmət göstərməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























