Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, ilk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq.

Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:

16-27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə — Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;

30 iyun 2026-cı il tarixindən etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci il ərzində aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.

Əhali sayına görə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkent zəngin mədəni irsi və müasirliyi ilə seçilir. Şəhər canlı küçələri, yaşıl parkları və qonaqpərvərliyi ilə turistləri cəlb edir.

 

Bakı-Şımkent-Bakı reysi Şımkent Shymkent Qazaxıstan 16 iyun 2026 yeni istiqamət uçuşlar
16.02.2026 15:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18