Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi -  Şirkətlər üçün yeni imkanlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mastercard və ABB Azərbaycanda ilk Korporativ Travel & Expense (T&E) kartının istifadəyə verildiyini elan ediblər.

Marja.az xəbər verir ki, Mastercard-ın dəstəyi ilə təqdim olunan yeni ABB Korporativ Travel & Expense (T&E) kartı şirkətlərə işgüzar səyahət və əməliyyat xərclərini rəqəmsallaşdırmağa, nağd ödənişləri və dağınıq prosesləri təhlükəsiz, şəffaf və səmərəli ödəniş həlli ilə əvəz etməyə imkan verir.

Azərbaycanda xüsusi olaraq Travel & Expense idarəçiliyi üçün nəzərdə tutulmuş korporativ kartı təqdim edən ilk bank kimi ABB korporativ müştərilərə ödəniş səmərəliliyini premium kart təcrübəsi ilə birləşdirən kompleks həll təklif edir.

Kartdan qlobal miqyasda istifadə və gücləndirilmiş təhlükəsizlik təminatı ilə yanaşı, kart sahibləri bir sıra əlavə dəyərli xidmətlərə də çıxış əldə edirlər. Bunlara konsyerj, transfer və Fast-track xidmətləri, hava limanı zallarına giriş, səyahət sığortası və 24/7 fasiləsiz dəstək daxildir. Bütün bunlar hər bir işgüzar səfər zamanı rahatlıq və operativlik təmin etmək üçün düşünülüb.

Kart həmçinin istifadəçilərə;

- “LoungeKey” zallarına giriş

- “Booking.com” and “Hertz” sifarişləri üzrə güzəştli təkliflər

- səyahət mükafatları

- yerli aksiyalar

- “Silver Logo” üstünlükləri

- eksklüziv “Priceless Experiences” təcrübəsi daxil olmaqla, Mastercard-ın qlobal təkliflər və təcrübələr ekosisteminə çıxış imkanı təmin edir.

Azərbaycanın korporativ ödəniş ekosistemi üçün strateji addım

Yeni kartın istifadəyə verilməsi korporativ bankçılıq portfelini müasir və rəqəmsal yönümlü həllərlə genişləndirən ABB üçün əlamətdar bir mərhələdir. İşçilər üçün isə işgüzar səyahət təcrübəsini təkmilləşdirir, eyni zamanda şəxsi vəsaitdən istifadə və nağd pula ehtiyacı aradan qaldırır.

Mastercard üçün isə bu tərəfdaşlıq şirkətin ən başlıca öhdəliyini gücləndirir: Azərbaycandakı biznesləri səmərəlilik, şəffaflıq və daha yaxşı müştəri təcrübələrini gücləndirən innovativ ödəniş texnologiyaları ilə dəstəkləmək.

Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir.

Mastercard Azərbaycan Beynəlxalq Bankı ASC Azərbaycanda ilk Korporativ Travel & Expense (T&E) kartı ABB Korporativ T&E kartı işgüzar səyahət əməliyyat xərcləri rəqəmsallaşdırma nağd ödənişlər təhlükəsiz ödəniş şəffaf ödəniş səmərəli ödəniş korporativ müştərilər ödəniş səmərəliliyi premium kart təcrübəsi kompleks həll qlobal istifadə gücləndirilmiş təhlükəsizlik əlavə xidmətlər konsyerj transfer xidmətləri Fast-track xidmətləri hava limanı zalları səyahət sığortası 24/7 dəstək LoungeKey zalları Booking.com Hertz səyahət mükafatları yerli aksiyalar Silver Logo üstünlükləri Priceless Experiences qlobal təkliflər korporativ ödəniş ekosistemi strateji addım rəqəmsal həllər işçi təcrübəsi şəxsi vəsait istifadəsi innovativ ödəniş texnologiyaları müştəri təcrübəsi 200+ ölkə və ərazi
16.02.2026 11:06

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18