Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
Goldman Sachs 1 unsiya qızılın qiymət proqnozunu 5 min 400 dollara qaldırıb.Qlobal investisiya bankı "Goldman Sachs Group Inc." mərkəzi bankların və investorlarn güclü tələbini əsas gətirərək qızılın qiymətinə dair ilin sonu proqnozunu yuxarı yönlü dəyişib.
Marja xəbər verir ki, bankın analitikləri tərəfindən yayımlanan analizə görə, daha əvvəl 4 min 900 dollar olaraq açıqlanan 2026-cı ilin dekabr ayı qızıl qiyməti hədəfi (proqnozu) 5 min 400 dollara yüksəldilib. Bu düzəliş, qiymətli metalın qlobal bazarlardakı strateji əhəmiyyətinin artdığı bir dövrdə həyata keçirilib.
Analitiklər proqnozdakı bu artımı iki əsas səbəblə əsaslandırırlar:
Mərkəzi bankların alışları: Mərkəzi bankların bu il ərzində ayda orta hesabla 60 ton külçə qızıl alacağı gözlənilir. Bu, institusional səviyyədə tələbin güclü qalacağını göstərir.
FED-in faiz endirimləri və ETF-lər: ABŞ Mərkəzi Bankının (FED) faiz endirimlərinə getməsi ilə birlikdə, qızıla əsaslanan fondlardakı (ETF) aktivlərin genişlənəcəyi proqnozlaşdırılır.
Yayımlanan hesabatda bazara məhdud qızıl təklifi olduğunuqeyd edən analitiklər, “Mərkəzi banklar özəl sektor investorları ilə məhdud sayda külçə qızıl üçün rəqabətə başlayıblar,” -qiymətləndirməsini veriblər.
Azalan faiz mühitinin, faiz gəliri olmayan qızıla olan marağı daha da artıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























