970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal

Konserv qutularının üzərində örtük kimi istifadə olunan qalaq 2025-ci ildə 40%, 2026-cı ilin ötən dövründə isə 60 % bahalaşıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal təklifin azalacağına dair proqnozların metal bazarlarında yüksəliş tendensiyasını gücləndirməsi ilə alüminium 2022-ci ildən bəri ən yüksək səviyyəsinə yaxın qiymətlərlə ticarət olunur.

Marja xəbər verir ki, mis istisna olmaqla, digər metalların çoxu əvvəlki sessiyada yaşanan güclü bahalaşmadan sonra çərşənbə axşamı günü də Londonda bahalaşmaqda davam ediblər. Alüminiumun qiyməti bazar ertəsi günü 3200 dollar/ton rekord səviyyəsinə yaxınlaşıb, qalay üçüncü gün ardıcıl olaraq bahalaşmaqda davam edib və bu il indiyə qədər təxminən 20 faiz dəyər qazanıb (gündəlik həyatda gördüyümüz konserv qutuları kalayla örtülür).

Əsas metallər ötən ilin güclü performansından sonra 2026-cı ilə də güclü başlanğıc edib. Bu yüksəlişin əsas səbəbi FED-in faiz dərəcələrini endirməyə davam etməsi ilə təklifin tələbi qarşılamaqda çətinlik çəkəcəyi gözləntisi olub. Süni intellekt "partlayışı" da məlumat mərkəzləri, enerji şəbəkələri və elektronika üçün lazım olan metallara, xüsusilə misə olan marağı artırıbı, Çin bazarındakı spekulyativ alışlar da yüksəlişə töhfə verib.

Londra Metal Birjasında ilin əvvəlindən bəri ən yaxşı performans göstərən metal qalay olub və 2025-ci ildə 1 tonu 51 min dolları test edərək təxminən 40 faiz dəyər qazanıb.

Bakı vaxtı ilə 12:14-də, LME-də (London Metal Exchange - Loondon Metal Birjası) alüminium 0,1 faiz bahalaşma ilə tonu 3187 dollara yüksəlib, qalay isə 1,1 faiz bahalaşaraq 48 min 470 dollara çatıb. Dəmir filizi fyuçersləri isə bazar ertəsi 2024-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyədə bağlanışdan sonra tonu 109,10 dollara ticarət olunub. 

İş elanları AzVak.az-da

Qlobal metal bazarı alüminium qiymətləri LME alüminium qalay qiymətləri mis bazarı əsas metalların yüksəlişi metal bazarları 2026 metal tələbi və təklifi FED faiz dərəcələri süni intellekt və metal tələbi məlumat mərkəzləri üçün metallər elektronika metalları Çin bazarı spekulyasiyaları LME London Metal Exchange dəmir filizi fyuçersləri alüminium 3200 dollar/ton qalay 51 min dollar/ton metal qiymətləri artımı metallara maraq artımı qlobal metal ticarəti bazar analizi metalları.
13.01.2026 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18