Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Karakas və Vaşinqton Venesuela neftinin ABŞ-a ixracı ilə bağlı razılığa gəlibABŞ Prezidenti Donald Tramp Venesueladakı müvəqqəti hökumətin ABŞ-yə 30–50 milyon barel neft təhvil verəcəyini bildirib.
Marja.az xəbər verir ki, Tramp mövzu ilə bağlı Truth Social adlı ABŞ mərkəzli sosial media platformasındakı hesabında paylaşım edib.
ABŞ Prezidenti Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən ABŞ-ın hərbi müdaxiləsindən sonra ölkədə qurulan müvəqqəti hökumətin 30–50 milyon barel nefti ABŞ-yə təhvil verəcəyini qeyd edib.
Sözügedən neftin bazar qiymətindən satılacağını və vəsaitin “ABŞ Prezidenti olaraq öz nəzarətində olacağını” bildirən Tramp, “beləliklə, vəsaitin həm Venesuela xalqının, həm də ABŞ xalqının xeyrinə istifadə ediləcəyini” vurğulayıb.
Nə baş vermişdi?
Venesuelanın paytaxtı Karakasda 3 yanvar tarixində yerli vaxtla saat 02:00 radələrində partlayış və təyyarə səsləri eşidilmişdi.Venesuela hakimiyyəti partlayışlardan sonra ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücumlar təşkil etməkdə ittiham etmişdi.
ABŞ Prezidenti Donald Tramp Venesuela Dövlət Başkanı Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun həyat yoldaşı ilə birlikdə ölkə xaricinə çıxarıldığını açıqlamışdı.
ABŞ-ın Ədliyyə naziri Pam Bondi də Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-yə qarşı dağıdıcı silahlara sahib olma” ittihamları ilə üzləşdiyini açıqlamışdı.
Venesuela hakimiyyəti ABŞ-nin qınanması üçün beynəlxalq ictimaiyyətə çağırış etmiş, bəzi ölkələr hücumu tənqid edərkən, açıqlamaları ilə ABŞ-yə dəstək verənlər də olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
-
14 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
23 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Ən çox oxunanlar
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək






.jpg)
.jpg)











.jpg)

