970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək

Karakas və Vaşinqton Venesuela neftinin ABŞ-a ixracı ilə bağlı razılığa gəlib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp Venesueladakı müvəqqəti hökumətin ABŞ-yə 30–50 milyon barel neft təhvil verəcəyini bildirib.

Marja.az xəbər verir ki, Tramp mövzu ilə bağlı Truth Social adlı ABŞ mərkəzli sosial media platformasındakı hesabında paylaşım edib.

Reklam_3_11

ABŞ Prezidenti Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən ABŞ-ın hərbi müdaxiləsindən sonra ölkədə qurulan müvəqqəti hökumətin 30–50 milyon barel nefti ABŞ-yə təhvil verəcəyini qeyd edib.

Sözügedən neftin bazar qiymətindən satılacağını və vəsaitin “ABŞ Prezidenti olaraq öz nəzarətində olacağını” bildirən Tramp, “beləliklə, vəsaitin həm Venesuela xalqının, həm də ABŞ xalqının xeyrinə istifadə ediləcəyini” vurğulayıb.

Nə baş vermişdi?

Venesuelanın paytaxtı Karakasda 3 yanvar tarixində yerli vaxtla saat 02:00 radələrində partlayış və təyyarə səsləri eşidilmişdi.Venesuela hakimiyyəti partlayışlardan sonra ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücumlar təşkil etməkdə ittiham etmişdi.

ABŞ Prezidenti Donald Tramp Venesuela Dövlət Başkanı Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun həyat yoldaşı ilə birlikdə ölkə xaricinə çıxarıldığını açıqlamışdı.

ABŞ-ın Ədliyyə naziri Pam Bondi də Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-yə qarşı  dağıdıcı silahlara sahib olma” ittihamları ilə üzləşdiyini açıqlamışdı.

Venesuela hakimiyyəti ABŞ-nin qınanması üçün beynəlxalq ictimaiyyətə çağırış etmiş, bəzi ölkələr hücumu tənqid edərkən, açıqlamaları ilə ABŞ-yə dəstək verənlər də olmuşdu.

İş elanları AzVak.az-da

ABŞ Venesuela nefti Donald Tramp açıqlaması Venesuela müvəqqəti hökuməti ABŞ-a neft tədarükü 30–50 milyon barel neft Venesuela neft ehtiyatları ABŞ Venesuela münasibətləri Nikolas Maduro xəbərləri Venesuelada hərbi müdaxilə Karakas partlayışları Truth Social paylaşımı ABŞ enerji siyasəti Venesuela siyasi böhranı beynəlxalq neft bazarı geopolitik risklər neft ABŞ sanksiyaları Venesuela Maduroya qarşı ittihamlar ABŞ Ədliyyə Nazirliyi açıqlaması Venesuela ABŞ qarşıdurması dünya neft xəbərləri Marja.az beynəlxalq xəbərlər
07.01.2026 10:26

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18