970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Dünyanın heç bir yerində “Sea Breeze”ə oxşar layihə yoxdur"

Bu yaxınlarda, Kəlbəcərdə, İstisuda mehmanxana açılacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dünyanın heç bir yerində “Sea Breeze”ə oxşar layihə yoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu il, iki aydan sonra Şahdağda ilk dəfə olaraq Xizəksürmə üzrə dünya çempionatı keçiriləcək. Həmin istirahət guşəsini ən yüksək beynəlxalq səviyyədə inkişaf etdirmək həm də bizim hədəfimizdir. Hazırda enişlərin təxminən 50 kilometri artıq hazırdır. Məsafə, ola bilsin, 55 və ya 60 kilometr olacaq. Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur".

Marja xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Reklam_3_11

Prezident verilən suala cavabına belə davam edib:

"Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən təbii cənnətdir. Bir sözlə, orada turizmin inkişafı prioritetlərdən biridir. Şuşada və Laçında bir sıra mehmanxanalar artıq var. Biri Zəngilanda tikilir. Bu yaxınlarda, Kəlbəcərdə, İstisuda mehmanxana açılacaq. Ola bilsin, gələn il və hətta bu il Xankəndidə yeni mehmanxana açıla bilər. Bu, turizm üçün mühüm məkan olacaq. Bununla yanaşı, Qəbələ, Lənkəran, Gəncə və bir çox digər məkanlar kimi ənənəvi turizm yerləri də mövcuddur.

Çox məsələlər hava xətlərindən asılıdır. Bu sahədə, həmçinin bir çox islahatlar həyata keçirilir. Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür".

06.01.2026 00:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18