Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı
"Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard dollar idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu artıq hər şeyi açıq şəkildə göstərir. Bu, sanksiyalardan yayınma mexanizmidir. Onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır""."Bilirsiniz, mən dəfələrlə Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə demişəm: ümumi daxili məhsula baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın. Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard dollar idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu artıq hər şeyi açıq şəkildə göstərir. Bu, sanksiyalardan yayınma mexanizmidir. Onların dediyi kimi, paralel idxal və ya “boz zona” idxalıdır".
Marja.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident sözlərinə belə davam edib: "Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi. Nə Ermənistanı qınadı, nə də ümumiyyətlə sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbul ediləndir.
Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil. Biz bunu etmirik. O, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























