Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Banklar vә “Azәrpoçt” MMC sistemlәri üzrә noyabr ayının sonunda dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil etmişdir.
Keçәn ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12.2 % artmışdır. Ödәniş kartlarında debet kartlarının sayı 14.7% artmış, kredit kartlarının sayı isә 6.7% azalmışdır.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi "Statistik bülleten- Noyabr 2025" buraxılışında bildirilir.
Ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrmişdir. Belә ki, noyabr ayı әrzindә ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14.4% artmışdır. 2025-ci ilin noyabr ayı әrzindә kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7 milyard 940 milyon manat tәşkil etmişdir. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6 milyard 948 milyon manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilmişdir. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67.5%-ni tәşkil etmişdir.
Banklar vә “Azәrpoçt” MMC ödәniş xidmәti şәbәkәlәri üzrә dinamik artım müşahidә olunur. Belә ki, keçәn ilin noyabr ayının sonu ilә müqayisәdә bankomatların sayı 8.5%, POS-terminalların sayı 57.1% artmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























