970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB

"Azərbaycan Dəmir Yolları"nın özündən böyük defisiti var
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Dəmir Yolları"da  6 milyard 263 milyon manatlıq defisit  - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2024-cü ili 1 milyard 819 milyon 495 min manat xalis zərər ilə başa vurub. QSC 2023-cü ili 100 milyon 963 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il 2023-cü illə müqayisədə "Azərbaycan Dəmir Yolları"nın xalis zərəri 18 dəfə və ya 1 milyard 718 milyon 532 min manat artıb.

Marja.az dövlət şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, dövlət şirkətinin cəmi əsas əməliyyat gəlirləri 2023-cü ildə 602 milyon 672 min manat ikən, 2024-cü ildə 614 milyon 747 min manat təşkil edib (cəmi 12 milyon 75 min manat və ya 2% artıb). Həmçinin ADY maliyyə və valyuta mübadiləsindən 63 milyon 71 min manat gəlir əldə edib. 

Ötən il ADY-nin cəmi əməliyyat gəlirləri 677 milyon 818 min manat, cəmi əməliyyar xərcləri 2 milyard 518 milyon 420 min manat, əməliyyat zərəri 1 milyard 840 milyon 602 min manat tşəkil edib. Xərclərin 1 milyard 728 milyon 994 min manatı sair aktivlər üzrə dəyərsizləşmə zərəri olub. 

31 dekabr 2024-cü il tarixində ADY-nin yığılmış defisiti (zərəri) 6 milyard 263 milyon 562 min manat təşkil edib (2023-cü ilin sonunda 4 milyard 447 milyon 572 min manat). Bu defisit ADY-nin cəmi aktivlərinin (4 milyard 464 milyon 545 min manat) məbləğindən yüksəkdir. 

"Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr 2024-cü il tarixində 4 milyard 464 milyon 545 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 5 milyard 966 milyon 950 min manat cəmi aktivlərə malik idi. Əsas vəsaitlərin əmlak, tikili və avadanlıqlar bəndi üzrə azalma cəmi aktivlərin düşməsinə səbəb olub. 

İş elanları AzVak.az-da

Azərbaycan Dəmir Yolları maliyyə hesabatı ADY xalis zərər Azərbaycan Dəmir Yolları 2024 maliyyə nəticələri ADY 2023–2024 müqayisəsi dövlət şirkətlərinin zərəri ADY əməliyyat gəlirləri ADY əməliyyat xərcləri ADY əməliyyat zərəri ADY aktivlərin dəyərsizləşməsi sair aktivlər üzrə zərər Azərbaycan Dəmir Yolları yığılmış defisit ADY maliyyə vəziyyəti dövlət nəqliyyat şirkətləri dəmir yolu sektoru maliyyəsi Marja.az iqtisadi xəbərlər ADY maliyyə və valyuta gəlirləri Azərbaycan nəqliyyat sektoru dövlət şirkətlərində maliyyə riskləri ADY cəmi aktivlər ADY əsas vəsaitlər Azərbaycan dəmir yolu infrastrukturu dövlət şirkətlərinin maliyyə göstəriciləri
22.12.2025 18:44

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18