970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 18-də Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Urumçi şəhəri arasında rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə iqtisadi əməkdaşlığa həsr olunmuş onlayn görüş təşkil edilib.

Görüşdə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Urumçi şəhərinin meri Yaxub Paydulla, eləcə də hər iki tərəfi təmsil edən rəsmi şəxslər və şirkət nümayəndələri iştirak ediblər.

Onlayn görüş zamanı Naxçıvan şəhəri ilə Urumçi şəhəri arasında iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Tərəflər sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə ticarət və investisiya imkanlarını nəzərdən keçiriblər.

Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında regionlararası əməkdaşlığın genişləndirilməsinin və sözügedən şəhərlər arasında biznes əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə qarşılıqlı təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxışında Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının Çin ilə ticarət əlaqələri, Urumçi şəhəri iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması imkanları barədə ətraflı məlumat verib.

Urumçi şəhərinin meri Yaxub Paydulla Urumçinin Çinin mühüm bölgələrindən biri olduğunu qeyd edərək, iki şəhər arasında əməkdaşlığın inkişafı üçün yeni imkanların formalaşdığını diqqətə çatdırıb.

Görüş çərçivəsində Urumçi şəhərinin sənaye potensialını əks etdirən videoçarx, Urumçi ticarət qurumu və Urumçi Sənaye və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən öz fəaliyyət istiqamətləri barədə təqdimatlar, həmçinin Naxçıvan Muxtar Respublikasının investisiya imkanları haqqında təqdimat, eləcə də hər iki tərəfin sahibkarlıq subyektləri öz məhsul və xidmətlərinə dair təqdimatları nümayiş olunub.

Onlayn görüş zamanı şirkət nümayəndələri arasında əməkdaşlıq edilə biləcək istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələr üzrə təkliflər səsləndirilib.

Görüşün sonunda tərəflər gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və konkret əməkdaşlıq layihələrinin reallaşdırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

18.12.2025 19:21

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18