970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Beynəlxalq əlaqələr departamentinin Qarşılıqlı əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Məlumata görə, bu vəzifə Ceyhun Ələkbərova həvalə olunub.

Reklam_3_11

O, 1978-ci ildə Bakıda anadan olub, beynəlxalq münasibətlərin tarixi üzrə fəlsəfə doktorudur, Azərbaycan-Böyük Britaniya diplomatik əlaqələrinin tədqiqatçısı olmaqla yanaşı, Parisdə yerləşən Fransanın kadrların təkmilləşdirilməsi institutu - Milli İctimai Xidmət İnstitutunda (l"Institut national du service public) "Diplomatiyanın yeni metodları" proqramını bitirib.

C.Ələkbərovun beynəlxalq münasibətlər, politologiya və strateji kommunikasiyalar sahələrində 20 ildən artıq təcrübəsi var. O, UNESCO-nun mədəni irs üzrə, eləcə də Avropa İttifaqının kommunikasiyalar üzrə ekspertidir, 20-dən çox elmi tədqiqatı, həmçinin rus, türk, ingilis və fransız dillərində yazılmış 300-dən artıq analitik və publisistik məqalələri müxtəlif ölkələrdə dərc edilib. Həm akademik, həm də korporativ biznes sahələrində təcrübəsi olan C.Ələkbərov, eyni zamanda, uzun illər müxtəlif sahələri əhatə edən bir sıra beynəlxalq layihələrdə konsultant kimi fəaliyyət göstərib.

O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü danışıqlarında iştirak edib, 5 il Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident-Əlaqələndiricisinin Ofisində işləyib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Proqramında (UNDP) fəaliyyət göstərib, Proqramın Azərbaycandakı Rezident-Nümayəndəsinin müşaviri və BMT-nin İnformasiya Mərkəzinin (BMTİM) direktor əvəzi kimi çalışıb, COVID-19 koronavirus pandemiyası müddətində ÜST Azərbaycan Böhran Qrupunun, habelə BMT-nin COP29 İşçi Qrupunun üzvü olub.

Nəqliyyat və logistika sahəsində də təcrübəsi olan C.Ələkbərov daha öncə hava yolu ilə yükdaşımalar sahəsində ixtisaslaşmış "Silk Way" şirkətlər qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

İş elanları AzVak.az-da

© "Report"

Azərbaycan_Dəmir_Yolları ADY təyinat Beynəlxalq_əlaqələr_departamenti Qarşılıqlı_əməkdaşlıq_şöbəsi Ceyhun_Ələkbərov kadr_təyinatı nəqliyyat_xəbərləri logistika Azərbaycan_nəqliyyat sektor_təyinatları beynəlxalq_münasibətlər strateji_kommunikasiyalar UNESCO_eksperti Avropa_İttifaqı_eksperti BMT UNDP ÜST COP29 Silk_Way avia_yükdaşımalar Azərbaycan_dəmir_yolu Report.az AzVak.az
16.12.2025 09:54

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18