Prezident bu səfərə getməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.. Prezident dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini deyib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.
Dövlətimizin başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb.
Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.
Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərinə toxunan dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinə göstərilmiş diqqət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu arasında imzalanmış Anlaşma Memorandumunu əməkdaşlığımızın növbəti göstəricisi kimi qiymətləndirib.
Azərbaycan Prezidenti ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olmasında Türkmənistanın birmənalı və tam dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı salamlarını və Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov telefon zənginə və salamlara görə minnətdarlığını bildirib.
Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı başsağlığını çatdıraraq, onun böyük şəxsiyyət olduğunu və xatirəsini dərin hörmətlə andığını vurğulayıb. Türkmənistan Xalq Məsləhətinin sədri Ümummilli Liderin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rolunun olduğunu qeyd edib.
O da öz növbəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana səfərini, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşünü çox yüksək qiymətləndirərək imzalanmış sənədin böyük əhəmiyyət daşıdığını deyib.
Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması münasibətilə təbriklərini çatdıraraq, Türkmənistanın həmişə bu məsələni dəstəklədiyini vurğulayıb.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























