Elnur Osmanov: 300 hektarda yerləşən “Abşeron” Ticarət Mərkəzi hazırda 1500-dən çox mağazanı özündə birləşdirir
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Abşeron” Ticarət Mərkəzində olub.
İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan qırğız nümayəndə heyəti ticarət mərkəzində Azərbaycanda kiçik və orta bizneslər üçün yaradılmış şəraitlə tanış edilib.
Görüşdə Qırğızıstanın 15-dən artıq nazirlik və digər dövlət qurumlarını təmsil edən nazir müavinləri, müşavir və digər rəhbər vəzifəli şəxslər, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıtkanov və Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri Zamirbek Osmonov və İqbal Babayev, ReefGroup şirkətinin rəhbəri Azər Şükürov, Xəzər Beynəlxalq Fondunun rəhbəri Adəm Bakuvi iştirak ediblər.
“Abşeron” Ticarət Mərkəzi Müşahidə Şurasının üzvü Elnur Osmanov geniş təqdimatla çıxış edərək, qonaqları Mərkəzlə tanış edib. Qonaqlara məlumat verilib ki, “Abşeron” Ticarət Mərkəzi sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. 300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə “Abşeron” Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.
Təqdimatdan sonra ticarət mərkəzini gəzən qonaqlar sahibkarlarla görüşüb, onlar üçün yaradılmış şərait və verilən imtiyazlarla maraqlanıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









