SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
2025-ci ilin noyabr ayında “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a bu agentlik tərəfindən ilk dəfə ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi təqdim edib və şirkətin ümumi göstəricisini “3” səviyyəsində qiymətləndirib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, bu nəticə SOCAR-ın ESG istiqamətləri üzrə sabit və yetkin fəaliyyətini əks etdirir, həmçinin şirkətin güclü risklərin idarəedilməsi bacarığına əlavə olaraq emissiyaların azaldılması hədəflərini ətraf mühitə təsir, müxtəliflik və idarəetmədə şəffaflıq sahələrində də mövcud çağırışlarla balanslaşdırmaq bacarığını nümayiş etdirir.
Şirkətin dekarbonizasiya hədəfləri, sosial profilinin sabitliyi və effektiv risklərin idarəetmə sistemi reytinqin verilməsində əsas amillər kimi qeyd olunub. Bununla yanaşı, SOCAR-ın beynəlxalq ESG hesabatlılığına inteqrasiya prosesi reytinqin alınmasına müsbət təsir göstərən əsas məqamlardandır. “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyinin bu qiymətləndirməsi SOCAR-ın dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri və şirkətin uzunmüddətli strateji hədəflərinin beynəlxalq investorların gözləntiləri ilə uyğunluğunu əks etdirir.
Xatırladaq ki, SOCAR ötən il öz ESG hədəflərinə sadiqliyini nümayiş etdirərək “MSCI” Beynəlxalq Reytinq Agentliyi tərəfindən Xəzər regionunda BBB səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub.
Eyni zamanda, neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi SOCAR-ın tarixində ilk dəfə olaraq iki investisiya oluna bilən kredit reytinq (“Fitch” reytinq agentliyindən BBB- və “Moody`s” reytinq agentliyindən Baa3) dərəcəsi əldə etməsinə təkan verib.
Qeyd edək ki, “Sustainable Fitch Ratings” qlobal səviyyədə bütün aktiv bazarlara Ekoloji, Sosial və İdarəetmə (ESG) göstəricilərinin qiymətləndirilməsi üçün həll təqdim edir və beynəlxalq maliyyə bazarlarında daha dəqiq və məlumatlı qərarlar qəbul edilməsində kömək edir.
“Sustainable Fitch Ratings” təşkilatın ekoloji və sosial amilləri öz biznesinə, strategiyasına və idarəetməsinə inteqrasiya etmə səviyyəsini, eləcə də ümumi fəaliyyətini, öhdəliklərini və idarəetmə effektivliyini qiymətləndirir. Reytinqlər “1”-dən “5”-ə qədər şkala üzrə təqdim olunur (burada “1” ən yüksək, “5” isə ən aşağı göstəricidir).
ESG üzrə uyğunluq göstəricisi |

“Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyi-nin tam açıqlaması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 23 d. əvvəl
-
30 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
53 d. əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib




















