Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb.

Ötən il Bakıda keçirilən COP29 zamanı təqdim olunan və İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış qlobal “Yaşıl artım portalı” (Green Growth Portal) enerji keçidi üçün zəruri məlumatları özündə birləşdirərək ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə dəstək verir. Portalda interaktiv analitik alətlər vasitəsilə yeni sənaye sahələrinin, bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşması üçün mövcud imkanlar təqdim olunur.

COP29 irsinin davamı kimi bu layihə çərçivəsində artıq 1,7 milyondan çox istifadəçiyə xidmət göstərilir. Portal Harvard Universitetinin “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiya olunub və ölkələrin iqtisadi inkişaf imkanlarına dair təhlil və məlumat bazasına çıxış təqdim edir.

Portalın yeni versiyası funksional baxımdan təkmilləşdirilib və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Bu barədə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediada paylaşım edərək  bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə sayəsində “Growth Lab” hazırda 140 ölkəyə 2 trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edə biləcəklərinə dair məlumatları təqdim edə bilir.

https://x.com/ricardo_hausman/status/1986147327975846034

Alətin məqsədi ölkələrə  hansı məhsulları istehsal etməklə enerji keçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portal həmçinin Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Bu indeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görə sıralayır. Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya, Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb. 

Qeyd edək ki, Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı nəticəsində yaradılmış “Yaşıl artım portalı”nın yekun versiyası qlobal ictimaiyyətə təqdim ediləcək.

Bu layihə Azərbaycanın aşağı karbonlu, innovasiyaya əsaslanan və bilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur. Həmçinin layihə Azərbaycanın yaşıl keçidin iqtisadi imkanlarının genişləndirilməsi və iqlim dayanıqlığının möhkəmləndirilməsi istiqamətində beynəlxalq səviyyədə liderliyini daha da gücləndirir.

COP29 COP30 Yaşıl artım portalı Green Growth Portal Harvard Universiteti Growth Lab İqtisadiyyat Nazirliyi Rikardo Hausman Greenplexity İndeksi enerji keçidi yaşıl iqtisadiyyat iqlim dayanıqlığı iqtisadi mürəkkəblik atlası Atlas of Economic Complexity qlobal enerji keçidi yaşıl keçid strategiyası innovativ iqtisadiyyat aşağı karbonlu iqtisadiyyat Azərbaycan hökuməti Harvard əməkdaşlığı beynəlxalq inkişaf mərkəzi enerji səmərəliliyi iqlim dəyişikliyi iqtisadi transformasiya yaşıl inkişaf COP29 irsi yeni sənaye sahələri investisiya imkanları qlobal bazarlar Azərbaycan iqtisadiyyatı.
12.11.2025 11:20

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
SOCAR yeni şirkət yaradıb
SOCAR yeni şirkət yaradıb
12.11.2025 15:43
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18