970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi

Parkın tikintisinə 114.5 milyon manat sərf olunub. Muzeyin inşası üçün 59.5 milyon manat vəsait ayrılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci il noyabrın 6-da  “PAŞA Holding” və Bakı Şəhər İcra Hakimiyyəti arasında Razılaşma protokolu imzalanıb.

Protokola əsasən “PAŞA Holding”in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər Parkı və Zəfər Muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Sənədi “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov imzalayıblar. 

Zəfər Muzeyi 2024-cü ildə tikilmiş Zəfər Parkının ərazisində yerləşir. Hər iki layihənin inşası Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi Qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərf olunub.

Zəfər Muzeyinin ümumi sahəsi 4278 m² olan bina, 8 sərgi zalı, auditorium zonası (90.7 m²) və s. ilə ziyarətçilərin istifadəsinə təqdim olunacaq. Muzeyin inşası üçün 59.5 milyon AZN məbləğində vəsait ayrılıb.

Tarixi Zəfərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün Azərbaycan xalqı kimi, “PAŞA Holding” üçün də xüsusi önəm kəsb edir. İstər işgüzar fəaliyyəti, istərsə də sosial məsuliyyət təşəbbüslərində “PAŞA Holding” bu mövzulara daim diqqət və həssaslıqla yanaşır.

“PAŞA Holding” 2021-ci ildən etibarən azad olunmuş ərazilərin bərpa və yenidənqurma prosesində fəal iştirak edir. Xüsusilə tarixi, dini və mədəni irsin qorunması istiqamətində Holding bir sıra mühüm layihələrə dəstək verib. Şirkətin maliyyə dəstəyi ilə Aşağı Gövhərağa, Yuxarı Gövhərağa, Saatlı məscidi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi bərpa olunub. Həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə Suqovuşan məscidi, Zəngilan məscidi, Hadrut məscidi və Daşaltı məscidi inşa edilib. Qeyd edək ki, hal-hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin inşası davam etdirilir.

PAŞA Holding Bakı Şəhər İcra Hakimiyyəti Zəfər Parkı Zəfər Muzeyi Razılaşma protokolu Cəlal Qasımov Eldar Əzizov Zəfər tağı memorial abidə xatirə divarı 44 Günlük Vətən Müharibəsi tarixi Qələbə şəhidlərin xatirəsi Azərbaycanın ərazi bütövlüyü suverenlik sosial məsuliyyət layihəsi azad edilmiş ərazilərin bərpası yenidənqurma layihələri mədəni irsin qorunması Aşağı Gövhərağa məscidi Yuxarı Gövhərağa məscidi Saatlı məscidi Ağdam Cümə məscidi Qiyaslı kənd məscidi Suqovuşan məscidi Zəngilan məscidi Hadrut məscidi Daşaltı məscidi Şuşa məscidi Cəbrayıl məscidi Laçın məscidi PAŞA Holding sosial məsuliyyət PAŞA Holding layihələri azad olunmuş ərazilərdə tikinti Azərbaycan tarixi irsi Zəfər Parkının açılışı Zəfər Muzeyinin inşası.
07.11.2025 11:33
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18