“Azerconnect Group” Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib
(®) Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Qazaxıstanın paytaxtında keçirilən Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib. Astana Beynəlxalq Maliyyə Mərkəzində baş tutan forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, İKT, yüksək texnologiyalar, neft-qaz, tikinti və inşaat, investisiya, nəqliyyat, logistika və digər sahələrdə fəaliyyət göstərən 155 şirkətin nümayəndəsi iştirak edib.
“Azerconnect Group”un baş direktorunun müavini İlqar Nəhmədov tədbirdə çıxışı zamanı Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt ekosisteminin yaradılması, innovasiyaların təşviqilə bağlı həyata keçirilən layihələrin önəmini vurğulayıb. O, çıxışında, həmçinin “Azerconnect Group”un ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, süni intellekt əsaslı həllərin tətbiqi sahələrində gördüyü işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıstanın birgə icra etdiyi Transxəzər fiber-optik kabel xəttinin strateji əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan–Azərbaycan biznes forumu Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























