Azərbaycandan 42 milyard manatlıq büdcə - 3,1 milyard manatlıq kəsir nəzərdə tutulur
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 850 milyon 712 min manat, yerli gəlirləri 758 milyon 288 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 944 milyon 465 min manat, yerli xərcləri 759 milyon 135 min manat) məbləğində nəzərdə tutulur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat məbləğində proqnozlaşdırılır. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçiriləcək.
Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 milyard manat məbləğində götürülür.
Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 48 milyard 839 milyon 322,6 min manat, 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 milyard 902 milyon 226,6 min manat məbləğində nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi












.jpg)





