Milyarder Cef Bezosdan 2045 proqnozu
Milyonlarla insan kosmosda yaşayacaq, çirkli işləri robotlar görəcək. Bezos "Daha xoşbəxt, daha varlı olacağıq və daha az işləyəcəyik”deyib.Amazon və Blue Origin şirkətlərinin qurucusu Jeff Bezos-a (Cef Bezos)görə, insanlıq qarşıdakı 20 ildə “sivilizasiya bolluğu” dövrünə qədəm qoyacaq. Bezos hesab edir ki, 2045-ci ilə qədər milyonlarla insan kosmosda yaşayacaq, fiziki və təhlükəli işləri isə robotlar həyata keçirəcək.
“Süni intellekt fəlakət deyil, rifah gətirəcək”
İtaliyada keçirilən "Italian Tech Week 2025" tədbirində çıxış edən Bezos bildirib:
“Süni intellekt insanlıq üçün fəlakət deyil, rifahın açarı olacaq. Qarşıdakı 20 il bəşəriyyətin qızıl dövrü olacaq. Daha xoşbəxt, daha varlı olacağıq və daha az işləyəcəyik.”
“Sivilizasiya bolluğu” dövrü başlayacaq
Bezos-un fikrincə, texnoloji tərəqqi insanlığı “sivilizasiya bolluğu” adlanan yeni mərhələyə aparacaq. O deyib:
“2045-ə qədər milyonlarla insan kosmosda yaşayacaq. Ay səthində və ya digər planetlərdə görüləcək işlər insanlara deyil, robotlara həvalə ediləcək. Bu həm daha təhlükəsiz, həm də daha iqtisadi olacaq.”
Süni intellektə “əkinçilik aləti” bənzətməsi
Bezos, süni intellektlə bağlı mənfi fikirlərə qatılmadığını da vurğulayıb:
“Tarix boyu hər yeni ixtira insanlığı daha da irəli aparıb. 10 min il əvvəl şum alətini ixtira edən insan necə tərəqqi etmişdisə, bu günün texnoloji kəşfləri də eyni nəticəni verəcək.”
Milyarderlərin fərqli baxışları
Bezos-un optimist yanaşması, texnologiya dünyasında müxtəlif fikirlərin səsləndiyi bir dövrə təsadüf edir. Elon Musk (SpaceX) 2028-də insanların Marsa ayaq basacağını proqnozlaşdırarkən, OpenAI-ın rəhbəri Sam Altman gələcəkdə “kosmosda işləməyin ən nüfuzlu peşə” olacağını deyib.
Digər tərəfdən, Bill Gates bu yanaşmalara ehtiyatla yanaşır:
“Kosmosu çirkləndirməmişdən öncə bu planetimizi düzəltməyə diqqət yetirməliyik,” – deyə o, milyarderlərin kosmos yarışını tənqid edib.
“Gələcək düşündüyümüzdən çox daha parlaqdır”
Bezos çıxışının sonunda ümid dolu mesaj verib:
“Hazırda yaşayan heç kim ümidsiz olmamalıdır. Gələcək, düşündüyümüzdən daha parlaq olacaq.”
Qeyd edək ki, Jeff Bezos-un sahibi olduğu Blue Origin 3 mülki şəxslər üçün kosmos səyahəti həyata keçirmişdir. Bezos, şirkətinin raketlərinin etibarlılığını nümayiş etdirmək üçün toyundan öncə həyat yoldaşı Lauren Sánchez və müğənni Katy Perry-ni də kosmosa göndərmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 10 d. əvvəl
-
13 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
16 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
17 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 21 d. əvvəl
- 27 d. əvvəl
- 31 d. əvvəl
-
40 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Ən çox oxunanlar
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
























