Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Türkiyədə sosial təminat qurumu (SGK) tərəfindən açıqlanan iyul ayı məlumatlarına görə, ölkədə özəl sektor statusunda çalışan 16 milyon 981 min nəfərin orta aylıq əməkhaqqısı 49 304 Türkiyə lirəsidir (TL). Dövlət müəssisələrində işləyən işçilərin orta maaşı 59 628 TL, özəl sektorda isə 47 874 TL təşkil edir.
Marja.az Türkiyə mediasına istinadən xəbər verir ki, tekstil sektorunda 362 min nəfər çalışır və bu sahədə orta maaş 43 596 TL-dir. Geyim sektorunda isə 540 min işçi çalışır və onların orta maaşı 31 907 TL-dir.
Qeyd edilib ki, üç il əvvəl geyim sektorunda çalışanların sayı 723 min nəfər idi, indi isə bu rəqəm 540 min nəfərə düşüb (İyul 2023 – İyul 2025 arası). Təkcə geyim sektoru deyil, tekstil sektoru da ciddi itki ilə üzləşib. Üç il əvvəl bu iki sektor birlikdə 1 milyon 220 min nəfəri məşğul edirdi, hazırda isə bu sektorlarda 903 min nəfər çalışır.
Beləliklə, son üç ildə ümumilikdə 316 min nəfər tekstil və geyim sahəsində işini itirib. Bunun 183 mini geyim, 133 mini isə tekstil sektorundan olub.
Eyni dövrdə iş yeri (müəssisə) sayı 61 984-dən 55 672-yə düşüb — yəni 6312 müəssisə bağlanıb.
Əlavə maraqlı bir detal: hazırda tekstil-geyim sektorunda bir müəssisədə orta hesabla 16 işçi çalışır. Üç il əvvəl isə bu rəqəm 20 nəfər idi. Deməli, bağlanan müəssisələr əsasən kiçik deyil, böyük müəssisələr olub — yəni, sektoru tərk edənlər əsasən iri istehsalçılardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 20 d. əvvəl
-
-
25 d. əvvəl
Apple-ın səhmlərinin qiyməti iPhone 17-nin güclü satışları ilə rekord qırdı
-
31 d. əvvəl
Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək
-
1 saat əvvəl
Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
15 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Rəsmi məzənnələr açıqlandı

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

“Bizdən Biznesə” ikinci dəfə start götürür!
Ən çox oxunanlar

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
