Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
Azərbaycanın dövlət borcu 2026-cı ildə yenidən 27 milyard manat səviyyəsini keçəcək. Azərbaycanın dövlət borcunun 2025-ci ilin sonunda 25 milyard 404.1 milyon manat, 2026-cı ilin sonunda 27 milyard 51.7 milyon manata çatacağı gözlənilir. 2024-cü ilin sonunda Azərbaycanın dövlət borcu 27 milyard 380.2 milyon mnata təşkil etmişdi.
Azərbaycanın dövlət borcu 2025-ci ildə azalacaq, 2026-da yenidən artım gözlənilir.
Marja.az "2024-2026-cı illər üzrə dövlət borcu ilə bağlı göstəricilər"ə istinadən xəbər verir ki, dövlət borcu və xidmət xərclərində növbəti iki ildə dəyişikliklər müşahidə olunacaq.
Rəqəmlərə əsasən, 2025-ci ildə dövlət borcu 1 milyard 976,1 milyon manat azalaraq 25 milyard 404,1 milyon manata enəcək. Lakin 2026-cı ildə borcun yenidən 27 milyard 51,7 milyon manata yüksələcəyi proqnozlaşdırılır.
Xalis borclanma mənfiyə düşür
2025-ci ildə xalis birbaşa dövlət borclanmasının -1 milyard 976,1 milyon manat olacağı gözlənilir. Bu isə dövlətin həmin dövrdə yeni borc cəlb etməkdən daha çox mövcud borcları qaytarmağı planlaşdırdığını göstərir. 2026-cı ildə isə bu göstəricinin yenidən 1 milyard 647,6 milyon manat səviyyəsində müsbət olacağı proqnozlaşdırılır.
Borc xidmət xərcləri əhəmiyyətli dərəcədə artır
Dövlət borcuna xidmət xərcləri üzrə proqnozlar artım tendensiyasını təsdiqləyir. 2024-cü ildə bu məqsədlə 1 milyard 295,6 milyon manat xərclənmişdisə, 2025-ci ildə bu rəqəmin 2 milyard 399,6 milyon manata, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manata yüksələcəyi bildirilir.
Bu dinamika yaxın illərdə borc öhdəliklərinin dövlət büdcəsinə düşən maliyyə yükünün əhəmiyyətli dərəcədə artacağını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 d. əvvəl
-
36 d. əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 39 d. əvvəl
-
55 d. əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
1 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
1 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
-
2 saat əvvəl
İnşaat materialları istehsalçısının gəliri artıb, amma mənfəəti azalıb
-
2 saat əvvəl
“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib
- 2 saat əvvəl
Son Xəbərlər

Qlobal bank: Qızılın qiyməti 2025-in sonunadək 4400 dollara, 2026-nın iyununda isə 4 600 dollar çata bilər

"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər

Azərbaycan şirkəti Özbəkistanda konserv zavodu tikəcək

Bakı Fond Birjası ilk dəfə istiqrazların ticarətində “təmiz qiymət” prinsipini tətbiq edib
