Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil
Tesla, ucuz olacağı deyilən modellərini təqdim etdi - Qiymətləri gözlənildiyi qədər aşağı olmadı. Yeni modellərin açıqlanan 39 990 və 36 990 dollar başlanğıc qiymətləri, əvvəlkilərdən cəmi 5 min dollar ucuzdur.ABŞ-ın elektromobil istehsalçısı Tesla, ən çox satılan modelləri olan Model Y SUV-nin və Model 3 sedanının “daha uyğun qiymətli” versiyalarını təqdim edib.
Marja.az xəbər verirk i, lakin açıqlanan 39 990 və 36 990 ABŞ dolları başlanğıc qiymətləri analitiklər tərəfindən “yeni alıcı qrupu üçün hələ də çox yüksək” qiymətləndirilib.
İlon Maskın 30 min dollarlıq vədi reallaşmadı
Tesla-nın baş direktoru Elon Musk (İlon Mask), ötən il verdiyi açıqlamada markanın daha geniş müştəri kütləsinə çata bilməsi üçün qiymətin vergi güzəştlərindən sonra 30 min dollardan aşağı enməsinin “mühüm” olduğunu demişdi. Lakin təqdim edilən yeni modellərin qiymətləri bu səviyyədən xeyli yuxarıdır.
Tədbiq olunan vergi güzəştləri bitdi, satışlar azalır
Tesla, Avropa və Çin bazarlarında artan rəqabət və ABŞ-da 7500 dollarlıq vergi güzəştinin başa çatmasından sonra satışlarda yaranan azalmaya qarşı tədbirlər görməyə çalışır. Yeni “Standard” versiyalarında bəzi lüks avadanlıqlardan imtina edilsə də, 480 km-dən çox yürüş məsafəsi təklif olunur.
Lakin bazarda reaksiyalar qarışıq olub. Açıqlamadan sonra Tesla səhmlərinin dəyəri 4,5% düşərək kəskin eniş göstərib. Wedbush analitiki Dan Ives bildirib ki, “Qiymət endirimi gözləniləndən çox azdır. Yeni modellər əvvəlkilərdən cəmi 5 min dollar ucuzdur.”
“Bu bir qiymət manevridir, yenilik deyil”
"Futurum Equities" şirkətinin baş strateqi Şey Boloor, Tesla-nın bu addımını belə şərh edib:
“Bu daha çox qiymət siyasəti dəyişiklikdir, əsl məhsul yeniliyi deyil. Yeni tələb dalğası yaradacağını düşünmürəm.”
Ekspertlərin fikrincə, Tesla-nın yeni modelləri Chevrolet Equinox, Hyundai Ioniq 5 və Kia EV4 kimi 2026-cı ildə bazara çıxacaq daha ucuz rəqiblərlə rəqabət aparmalı olacaq.
Investorlar: Tesla modellərinin qiyməti 30 min dollarıdan aşağı düşməlidir
"Camelthorn Investments" şirkətindən Şon Kembell qeyd edib ki, “Bu addım kifayət deyil. Çinli istehsalçıları ilə rəqabət üçün Tesla-nın qiyməti 30 min dollardan aşağı endirməsi lazımdır.”
Avropa bazarında isə Elon Musk-ın son siyasi çıxışları şirkətin sadiq müştəri bazasını zəiflədir. Hazırda bu regionda qiyməti 30 min dollardan aşağı olan bir çox elektrikli avtomobil modeli satışdadır.
Yeni modellərin təhvil verilməsinə 2025-ci ilin sonunda başlanacaq
Yeni Model Y Standard və Model 3 Standard versiyaları artıq sifariş üçün açıqdır. İlk təvil 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı aralığında həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
32 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
-
50 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
55 d. əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
3 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib






















