Tesla-nın satışları rekord səviyyəyə çatıb
Tesla-nın elektrikli avtomobil satışları ABŞ-da federal vergi güzəştlərinin qüvvədən düşməsindən əvvəl istehlakçıların tələbatının artması hesabına yeni rekorda imza atıb.
Marja xəbər verir ki, Şirkət 3-cü rübdə dünya üzrə ümumilikdə 497 min 99 avtomobil təhvil verərək, indiyə qədərki ən yüksək rüblük satış göstəricisinə nail olub. Bu nəticə ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% artım deməkdir və Bloomberg sorğusunda qeyd edilən 439 min 600 ədədlik orta proqnozu əhəmiyyətli dərəcədə üstələyib.
Tesla son aylarda durğun satışları canlandırmağa çalışırdı. Lakin köhnəlmiş model çeşidi, bazarda artan rəqabət və elektrikli avtomobillərə verilən dövlət dəstəyinin tədricən azaldılması şirkət üçün ciddi çətinliklər yaradır. Bundan əlavə, İcraçı direktor İlon Maskın ilin əvvəlində ABŞ prezidenti Donald Tramp ilə yaxın əməkdaşlıq qurması bəzi istehlakçıların tənqidinə səbəb olub.
Bütün bu amillərə baxmayaraq, investorlar ilin birinci yarısındakı zəif satış göstəricilərini arxa plana ataraq, Maskın sürücüsüz avtomobillər, süni intellekt və robot texnologiyaları sahəsində verdiyi böyümə vədlərinə diqqət yetirirlər.
Təslimatlar proqnozu üstələyib, istehsal isə geridə qalıb
Tesla-nın səhmləri sentyabr ayında 33% bahalaşaraq 2025-ci ilin ən güclü aylıq artımını nümayiş etdirib və ilin əvvəlindəki itkiləri tamamilə kompensasiya edib. Satışların artımına ABŞ-da elektrikli avtomobillər üçün tətbiq olunan və 7 500 dollara qədər federal vergi güzəştinin yaxın zamanda başa çatacağı xəbəri də təkan verib.
Model 3 və Model Y satışları 481 min 166 ədədə çataraq illik müqayisədə 9,4% artıb. Əksinə, Model S, Model X və Cybertruck satışları 30% azalıb. Tesla daha əlçatan qiymətə təqdim ediləcək yeni Model Y versiyası üçün dəqiq satış tarixi açıqlamayıb. Şirkət rəhbərliyi istehsalın iyun ayında başlandığını, lakin modelin rəsmi təqdimatının ilin son rübünə təxirə salındığını və istehsal gücünün gözləniləndən yavaş artdığını bildirib.
Tesla-nın 3-cü rübdəki ümumi istehsalı 447 min 450 avtomobil olub. Bu göstərici bazar proqnozu olan 450 min 313 ədəddən bir qədər azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
6 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 12 d. əvvəl
-
17 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 22 d. əvvəl
- 26 d. əvvəl
-
26 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Ən çox oxunanlar
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb





















