Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar Xidmətlər Agentliyinin iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11-16 intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən edilmişdir.

Marja.az xəbər verir ki, bu, Hesablama Palatası Aqrar Xidmətlər Agentliyidə aparılmış auditinin nəticələrinə dair məlumatında bildirilir.

Qeyd edilib ki, heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməmiş, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməmişdir.

HƏMÇİNİN OXU: Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb

Qeyd edilib ki, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən bağlanmış müqavilələrin şərtləri çərçivəsində müvafiq malların (ehtiyatların, o cümlədən baytarlıq preparatları (peyvəndlər), xüsusi geyim dəstləri, dezinfeksiyaedici məhlullar və digər vasitələr qismində 2023-cü il üzrə 17 milyon 768,8 min manatlıq, 2024-cü il üzrə 10 milyon 872,8 min manatlıq) baytarlara təqdim edilməsi prosesi elektron qaimə-fakturalarla rəsmiləşdirilməmiş, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə olunmamışdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

26.09.2025 15:24
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18