AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
® AFB Bank yeni fərdi sahibkar və korporativ müştərilər üçün biznes hesablarının açılması üzrə xüsusi “Qazanclı Başlanğıc” kampaniyasını elan edir. Kampaniya çərçivəsində bank xidmətlərindən ödənişsiz və endirimli şərtlərlə yararlanmaq mümkündür.
Kampaniya şərtlərinə əsasən, AFB Bank-da ilk hesabını açan müştərilər üçün cari hesabın açılması, çek kitabçasının verilməsi, köçürmə sənədlərinin tərtib olunması, əməkhaqqı layihəsi üzrə komissiya, əməkhaqqı kartları, biznes kartlar və digər xidmətlər ödənişsiz təqdim olunur.
Bundan əlavə, biznes müştəriləri ölkədaxili (AZN) köçürmələrdə 50%, ölkəxarici köçürmələrdə isə 20% endirim əldə edəcək. Üstünlüklər bununa da bitmir. Müştərilərə əlavə olaraq POS terminallar ödənişsiz təqdim edilir. Qeyd olunan imkanlar yalnız başlanğıcdır – AFB Bank biznes müştəriləri üçün daha bir çox əlavə üstünlüklər təqdim edir. Bütün detallarla tanış olmaq üçün linkə keçid edə bilərsiniz.
Bank, bu kampaniya çərçivəsində yeni müştərilərinə biznes fəaliyyətlərində daha sərfəli imkanlar yaradaraq onların maliyyə yoluna qazanclı bir başlanğıc bəxş edir. Məqsəd biznes müştərilərinin gündəlik bank əməliyyatlarını daha əlçatan və sərfəli etməkdir.
Qeyd edək ki, AFB Bank universial fəaliyyət göstərən maliyyə qurumu olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşiddə bank xidmətləri təqdim edir. Bankın bu il qəbul etdiyi “Transformasiya Strategiyası”-nda müştəri yönümlü həllərin genişləndirilməsi və bizneslər üçün daha əlverişli imkanların yaradılması istiqamətində atılan addımları özündə birləşdirir. “Qazanclı Başlanğıc” kampaniyası isə bu strategiyanın uğurlu nümunələrindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 47 d. sonra
-
3 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 4 d. əvvəl
-
-
11 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
17 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
29 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 33 d. əvvəl
-
48 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























