Azərbaycan dövləti 2026-2029-cu illərdə borcunu 6,6 milyard manat artırmağı nəzərdə tutur
2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsində olacağı, 2029-cu ilin sonunda isə 32 milyard manat səviyyəsinə çatacağı gözlənilir. Beləliklə, qarşıdakı 4 ildə Azərbaycanın dövlət borcu 6,6 milyard manat arta bilər.Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2023-cü il tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək 2025-ci ilin sonunadək dövlət borcunun ümumi daxili məhsula (ÜDM-ə) nisbətinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilmişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamada bildirilir.
Qeyd edilib ki, 2025-ci il 1 iyul tarixinə dövlət borcunun həmin tarixə 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-ə nisbəti 19,6 faiz təşkil etmişdir ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 10,4 faiz bənd az olmuşdur. Bununla da Strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizlik yuxarı həddi gözlənilmişdir.
Vurğulanıb ki, 2025-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, su təchizatı, məşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq 11 maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılmış və qeyd olunan bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə kredit müqavilələri imzalanaraq təsdiq edilmişdir.
Növbəti dövr ərzində də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə çatacağı gözlənilir.
Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 19,8 faiz səviyyəsində olacağı gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 10 d. əvvəl
-
- 31 d. əvvəl
-
49 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
59 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı























