Rusiyanın ixracı və FED-in qərarı öncəsi neft qiymətləri yüksəldib

Bazar ertəsi günü neft qiymətləri yüksəlib. Ticarətçilər, Ukraynanın Moskvaya məxsus enerji infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumlarının ardınca Rusiyan;n təchizatında mümkün fasilənin olub-olmauyacağını izləyir.
Marja xəbər verir ki, həmçinin, bu həftə diqqət mərkəzində ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz qərarı var. Mərkəzi Bankın faiz dərəcələrini azaldacağı gözlənilir. Fed-in iclası ABŞ-da zəifləyən yanacaq tələbinə dair artan narahatlıqlar fonunda keçiriləcək.
Noyabr fyuçers müqavilələri üzrə Brent markalı neft 0,5% bahalaşaraq bareli 67,35 dollara, WTI markalı xam neft də 0,5% bahalaşaraq bareli 62,72 dollara yüksəlib (Bakı vaxtı ilə saat 08:40-a olan məlumat).
Rusiya-Ukrayna hücumları təchizat risklərini artırır
Keçən həftə neft qiymətləri təxminən 1% artıb. Bu, Ukraynanın Rusiyanın ən iri ixrac terminalı Primorsk və əsas emal müəssisəsi daxil olmaqla enerji obyektlərinə hücumlarını gücləndirməsinin ardından baş verib.
Zərbələr Rusiyanın neft hasilatını ciddi şəkildə azalda və xüsusilə Moskvanın əsas bazarları olan Hindistan və Çinə təchizatda fasilələr yarada bilər.
Bazarlar ABŞ-ın münaqişəni azaltmaq cəhdlərini də izləyir. Lakin Moskva ötən həftə Ukrayna ilə atəşkəs danışıqlarının dayandığını bildirib.
Vaşinqton avqustun sonunda Hindistana Rusiyadan aldığı neft səbəbindən 50%-lik tarif tətbiq etdikdən sonra, ötən həftə G7 ölkələrindən Hindistan və Çinə qarşı daha yüksək ticarət tarifləri tətbiq etməyi təklif edib.
Qərbin Rusiyadan neft alışına yeni məhdudiyyətlər tətbiq etməsi ehtimalı da gündəmdə qalır və müharibənin hələ də davam etməsi bu ssenarini gücləndirir.
FED-in gözlənilən faiz qərarı diqqət mərkəzindədir
Neft bazarları zəifləyən dolların təsiri ilə də dəstək tapıb. ABŞ valyutası, Fed-in bu həftə faizləri azaldacağı gözləntiləri fonunda dəyər itirib.
Əmək bazarındakı zəif göstəricilər və qarışıq inflyasiya məlumatları Fed-in sentyabrdan etibarən yumşaldıcı monetar siyasətə qayıda biləcəyi ehtimallarını artırıb.
CME FedWatch məlumatına görə, bazarlar Fed-in 0,25 bənd faiz azaldacağına 96,4%, 50 baza bəndi azaldacağına isə 3,6% ehtimal verir.
Faiz endirimləri iqtisadi fəallığı artıraraq gələcək aylarda neft tələbinə dəstək göstərə bilər. Dolların zəifləməsi isə ABŞ valyutası ilə qiymətləndirilən əmtəələrin, o cümlədən neftin bahalaşmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
