Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) Hindistan və Çinin Rusiya neftini almasına görə bu ölkələrə 100%-dək tariflər tətbiq etməyi istəyib. Məqsəd Moskvaya təzyiqi artıraraq Ukraynadakı müharibənin başa çatdırılmasına nail olmaqdır.
Marja xəbər verir ki, məsələni ilk olaraq Financial Times yayıb, daha sonra isə CNBC-yə iki mənbə tərəfindən təsdiqlənib.
Məlumata görə, Tramp Vaşinqtonda ABŞ və Aİ rəsmiləri ilə görüş zamanı bu təklifi irəli sürüb. Habelə bildirilib ki, ABŞ Avropanın Hindistan və Çinə tətbiq edəcəyi istənilən tarifləri “güzgüləyərək” eyni qaydada tətbiq etməyə hazırdır.
Hazırda ABŞ, Rusiya nefti aldığına görə Hindistandan idxala 25%-lik əlavə rüsum qoyub. Bu, ümumi tarifləri 50%-ə qədər yüksəldib. Hindistan isə bu addımı “ədalətsiz, əsassız və qeyri-məqbul” adlandıraraq ABŞ və Aİ-nin Rusiya ilə öz ticarətini də tənqid edib.
Avropa Komissiyasının məlumatına əsasən, Aİ-nin Rusiya ilə ikitərəfli ticarəti 2024-cü ildə 67,5 milyard avro, xidmətlər üzrə dövriyyə isə 2023-cü ildə 17,2 milyard avro təşkil edib. Hindistan səfirliyinin Moskva nümayəndəliyinin məlumatına görə, Hindistanla Rusiya arasında ticarət 2025-ci ilin martında başa çatan il üzrə 68,7 milyard dollara çatıb ki, bu da pandemiyadan əvvəlki dövrlə müqayisədə 5,8 dəfə çoxdur.
Rusiya neftinin ən böyük alıcısı olan Çin isə hələlik “ikinci dərəcəli” rüsumlardan yayınıb. Buna səbəb Pekinlə Vaşinqton arasında əldə olunan razılaşmadır ki, ona əsasən ABŞ Çindən idxal olunan məhsullara tətbiq edilən yeni rüsumları 30%-ə endirib.
Trampın təklifi onun ötən ay Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra gündəmə gəlib. Görüşdə Ukraynada atəşkəsə nail olmaq istiqamətində ciddi irəliləyiş əldə olunmayıb.
Putin görüşdən sonra mətbuat konfransında bildirib ki, “davamlı sülh” üçün münaqişənin “əsas səbəbləri” aradan qaldırılmalıdır. Tramp isə “çoxlu məsələlərdə razılaşdıq, bir neçə böyük məsələ qaldı, amma müəyyən irəliləyiş var” – deyə açıqlama verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)







