ABŞ-ın xarici ticarət kəsiri 4 ayın ən yüksək səviyyəsində
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, iyul ayında ABŞ-ın ticarət kəsiri əvvəlki ayla müqayisədə təxminən 32,5% artaraq 78,3 milyard dollara yüksəlib. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə təxminən 78 milyard dollarlıq kəsir proqnozlaşdırmışdılar.ABŞ Ticarət Nazirliyi iyul ayına dair xarici ticarət göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, ölkənin xarici ticarət kəsiri iyul ayında son dörd ayın ən yüksək səviyyəsinə çatıb. Bu artıma - şirkətlərin Prezident Donald Trampın qlobal ticarət tərəfdaşlarına tətbiq edəcəyi yeni gömrük rüsumları elan olunmadan əvvəl mal və xammal idxalını sürətləndirməsi əsas rol oynayıb.
İyulda ticarət kəsiri əvvəlki aya nisbətən 32,5% artaraq 78,3 milyard dollara yüksəlib. Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə təxminən 78 milyard dollarlıq kəsir gözləyirdilər.
İyulda idxalın dəyəri 5,9% artaraq ilin əvvəlindən bəri ən yüksək həddə çatıb. İxracda isə məhdud artım müşahidə olunub. Rəqəmlərdə inflyasiya xaric edilməyib.
İdxaldakı artımın əsas səbəbi qızıl daşımalarının çoxalması ilə yanaşı sənaye məhsullarının idxalının dörd ayın zirvəsinə qalxması olub. İstehlak mallarının idxalı da artarkən, avtomobil istisna olmaqla əsas avadanlıq idxalı ilin əvvəlindən bəri ən güclü artımını qeydə alıb.
Hesabat göstərir ki, ABŞ şirkətləri hələ Vaşinqtonla ticarət müqaviləsi imzalamamış ölkələrdən idxala qarşı qarşılıqlı gömrük rüsumları qüvvəyə minməzdən əvvəl ehtiyatlarını təmin etməyə çalışıblar. Aprel ayında elan edilən tariflərdən öncə də oxşar tendensiya müşahidə olunmuş, ardınca üç ay dalbadal idxalda azalma qeydə alınmışdı.
İyul göstəricilərinə görə, Çinlə mal ticarəti kəsiri altı aydan sonra ilk dəfə genişlənib. Meksika ilə kəsir cüzi artıb, Kanada ilə ticarət kəsiri isə iyunda 2020-ci ildən bəri ən aşağı səviyyəyə enməsindən sonra yenidən yüksəlib.
İnflyasiya xaric edilmiş göstəricilərə əsasən, iyul ayında ticarəti kəsiri 100,1 milyard dollara yüksələrək ilin əvvəlində qeydə alınan rekord hədlərə yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
-
19 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
20 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 32 d. əvvəl
- 42 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb



















