Nvidia-nın məlumat mərkəzi gəliri proqnozları doğrultmadı - şirkətin səhmləri ucuzlaşdı
ABŞ-ın çip istehsalçısı Nvidia 2026-cı maliyyə ilinin ikinci rübünə dair hesabatını açıqlayıb. Şirkətin gəlirləri 46,7 milyard dollara çataraq gözləntiləri üstələsə də, məlumat mərkəzi gəlirləri proqnozlardan bir qədər aşağı olub.
Marja.az xəbər verir ki, maliyyə göstəricilərinə əsasən, Nvidia-nın iyulun 27-də başa çatan rübdə səhmbaşına xalis mənfəəti 1,04 dollar olub. Bu nəticə analitiklərin 1,01 dollarlıq gözləntilərini keçib. Ötən ilin eyni dövründə bu göstərici 0,68 dollar təşkil etmişdi.
Şirkətin ümumi gəliri ötən illə müqayisədə 56 faiz artaraq 46,7 milyard dollara yüksəlib. Bu rəqəm Bloomberg-in 46,2 milyard dollarlıq proqnozunu geridə qoyub. 2025-ci ilin eyni dövründə isə Nvidia-nın gəliri 30 milyard dollar olmuşdu.
Nvidia-nın xalis mənfəəti də 59 faiz artaraq 26,4 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,6 milyard dollar təşkil etmişdi.
Məlumat mərkəzi gəlirləri illik müqayisədə 56 faiz artaraq 41,1 milyard dollara yüksəlsə də, proqnozlaşdırılan 41,2 milyard dollardan bir qədər aşağı olub.
Şirkət növbəti – üçüncü rüb üçün təxminən 54 milyard dollarlıq gəlir gözlədiyini açıqlayıb. Analitiklərin proqnozu isə 53,4 milyard dollar idi.
Hesabatda qeyd olunub ki, ikinci rübdə Çinə H20 çipi satılmayıb. Eyni zamanda, İdarə Heyəti səhmlərin geri alınması proqramına əlavə olaraq 60 milyard dollar ayırmaq barədə qərar qəbul edib.
Nvidia-nın baş direktoru Censen Huand açıqlamasında “süni intellekt yarışının artıq başladığını” və şirkətin ən yeni süni intellekt prosessoru Blackwell-in bu yarışda əsas rol oynayacağını vurğulayıb.
Maliyyə nəticələrinin elan edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 5 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 48 d. əvvəl
-
- 51 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
3 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
3 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir




















