Tramp: “Çox qısa müddətdə FED-də çoxluq əldə edəcəyik”
ABŞ Prezidenti Donald Tramp, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kukun vəzifədən azad edilməsindən sonra qurumda çoxluğu qazanacaqlarını bəyan edib.
Tramp, FED sədri Cerom Pauellu “pis məsləhətlə” vəzifəyə namizəd göstərdiyini etiraf edərək, onun ölkəyə böyük maliyyə itkisi verdiyini və ipoteka bazarına zərər vurduğunu bildirib.
Marja xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Tramp, Kukun vəzifədən uzaqlaşdırılmasına etiraz edərək məhkəməyə müraciət edəcəyinə dair açıqlamalarına da münasibət bildirib:
“Həmişə hüquqi mübarizələrim olub. İllərlə saxtakar insanlarla mübarizə apardım. Kuk qayda pozuntusu etmiş kimi görünür, amma o bu qaydanı poza bilməz, xüsusən də ipoteka faizlərinə cavabdeh olduğu üçün.”
Prezident, Kukun yerinə kimin gətiriləcəyinə dair suala cavab olaraq, “bu vəzifəyə yaxşı namizədlərin olduğunu” söyləyib.
Tramp Pauellə bağlı tənqidlərini davam etdirərək ona “çox ləng” ləqəbini verib və FED sədrinin yüksək faiz siyasətinin ABŞ iqtisadiyyatına, xüsusilə də daşınmaz əmlak bazarına zərər vurduğunu qeyd edib:
“Əslində daşınmaz əmlak sektoru yaxşı vəziyyətdədir. Amma Pauellin yüksək faiz dərəcələrinə görə sektor olduğundan daha zəif görünür.”
Tramp FED sədrinin səlahiyyət müddətinin tezliklə başa çatacağına işarə edərək, “Çox qısa bir müddətdə çoxluq əldə edəcəyik. Çoxluğu qazandığımızda hər şey mükəmməl olacaq, ipoteka bazarı canlanacaq və hər şey yaxşı olacaq,” – deyib.
O, yüksək faizlərin əsas problem olduğunu vurğulayıb:
“Faiz dərəcələrini bir az aşağı salmalıyıq və bunu etdikdə çox böyük fərq olacaq.”
FED üzvü Liza Kuk, Trampın onu vəzifədən azad etmə cəhdinə qarşı məhkəməyə müraciət edəcək
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuk, Prezident Donald Trampın onu vəzifədən azad etmə qərarına qarşı məhkəməyə müraciət edəcək.
Kukun vəkili Abbe Lowell bildirib ki, Trampın bu addımının “heç bir hüquqi və ya real əsası yoxdur” və buna görə də “qanunsuz” hərəkətə qarşı iddia qaldırılacaq. “Prezidentin FED İdarə Heyətinin üzvünü vəzifədən azad etmək səlahiyyəti yoxdur,” – deyə Lowell vurğulayıb.
Tramp dünən açıqlamasında, Kukun “ipoteka müqavilələrinə dair yanlış bəyanat verdiyi” iddiası ilə onu vəzifədən azad etdiyini bildirmişdi. Sosial şəbəkədə paylaşılan rəsmi məktubda isə Prezident, FED qanununun ona verdiyi səlahiyyətlərə əsaslanaraq, Kukun “dərhal vəzifədən azad edildiyini” bəyan etmişdi.
Tramp iddia edib ki, qanuna görə, “əsaslı səbəb” olduqda idarə heyətinin üzvünü vəzifədən kənarlaşdırmaq mümkündür və Kukla bağlı kifayət qədər əsas mövcuddur.
Liza Kuk isə buna cavab olaraq, “Prezident Tramp məni "əsaslı səbəb" iddiası ilə vəzifədən azad etdiyini deyir. Halbuki qanunda belə bir səbəb yoxdur və onun bu səlahiyyəti yoxdur. Mən istefa etməyəcəyəm və 2022-ci ildən bəri olduğu kimi ABŞ iqtisadiyyatına xidmət etməyə davam edəcəyəm,” – deyə açıqlama verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
-
11 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 22 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
50 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Bank Şirvanda yeni filialını açdı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb





















