"2017-də şirkətimizin 300-ə yaxın işçisi var idi, hazırda isə 1000 nəfərdən artıqdır"
"2017-ci ildə FMG yarandığında onun 300-ə yaxın işçisi var idi. Hazırda isə komandamız 1 000-dən artıq əməkdaşla təmsil olunur".
Marja xəbər verir ki, bunu "Facility Management Group" MMC-nin (FMG) direktoru İlham Allahverdiyev bildirib.
O, "Onların əksəriyyətinin şirkətimizdə 3 ildən 5 ilə qədər təcrübəsi var" deyərək, sözlərinə belə davam edib:
"Bu gün rəhbər vəzifələrdə çalışan əməkdaşlarımızın yarısı FMG-də əmək fəaliyyətlərinə aşağı vəzifələrdən başlayıblar. Bu, istedadlı əməkdaşlarımızın karyeralarında irəliləmələri üçün verdiyimiz dəstəyi açıq şəkildə göstərir. Biz gələcək strateji kadr ehtiyatlarımızı indidən planlayırıq. Həyata keçirdiyimiz təcrübə proqramları sayəsində gənc istedadlara FMG ailəmizə qatılaraq karyeralarının ilk addımlarını bizimlə atmaq, peşəkar mütəxəssislərdən öyrənmək, təcrübə qazanmaq və uğurlu karyeralarını bizimlə qurmaq imkanı yaradırıq. İnsanlar bu şirkətə müvəqqəti yer kimi baxmırlar. Biz işçilərimizi daim inkişaf etdiririk, müəyyən yerə gəldikdən sonra onların inkişafını dayandırmırıq. Bizim işçimiz daima öyrənməlidir, belə olmasa, o şirkətə dəyər qatmaz".
Qeyd edək ki FMG 2017-ci ildə eyni holdinqdə təmsil olunduğu "PMD Group" MMC-nin daşınmaz əmlak layihələrini idarə etmək üçün yaradılıb. Şirkət daşınmaz əmlakın satışı, icarəsi (yaşayış mənzilləri, biznes mərkəzləri), onlara xidmət göstərilməsi fəaliyyətlərilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)







.jpg)







