Payızda Rusiya rublunun yenidən ucuzlaşacağı gözlənilir - 4 SƏBƏB
Rusiyanın büdcə kəsirinin genişlənməsi, neft qiymətlərinin düşməsi, rublda əmanətlərin cəlbediciliyinin azalması və mövsümi yüksək istehlak tələbilə əlaqədar olaraq, 2025-ci ilin sonuna qədər ABŞ dollarının kursunun 90–95 rubl diapazonuna yüksələcəyi gözlənilir.Rusiyanın “Alfa-İnvestisiya” şirkətinin analitikləri bu payızda Rusiya rublunun dəyər itirəcəyini proqnozlaşdırırlar. Onlar rublun ucuzlaşmasının əsas səbəblərini də açıqlayıblar.
Marja.az xəbər verir ki, Şirkətin baza ssenarisinə görə, ilin sonuna qədər ABŞ dollarının məzənnəsi 90–95 rubl diapazonuna qayıdacaq. Qeyd edək ki, avqustun 20-də dollar 80,10 rubl, avro 93,47 rubl, yuan isə 11,14 rubl təşkil edib.
Büdcə kəsirinin genişlənməsi
“Alfa-İnvestisiya”nın baş analitiki İqor Qalaktionov bildirib ki, ilin ilk yeddi ayında büdcə kəsiri 4,9 trilyon rubl olub. Bu isə bütün 2025-ci il üçün planlaşdırılmış 3,8 trilyon rubldan artıqdır. Onun sözlərinə görə, zəif rubl hökumət üçün sərfəlidir, çünki ixracatçılardan daxilolmalar artır və büdcəni balanslaşdırmaq daha asan olur. Qeyd edilir ki, tənzimləyici tədbirlər də rublun zəifləməsinə yönələ bilər. Məsələn, artıq ixracatçılara valyuta gəlirlərini satmamaq icazəsi verilib.
Neftin ucuzlaşması
İlin əvvəlindən etibarən “Brent” markalı neftin qiyməti 11% azalıb. Qalaktionovun proqnozuna görə, payızda qiymət enişi davam edəcək və bu da büdcə üçün əlavə problemlər yaradacaq. “Alfa-İnvestisiya” ekspertləri ilin sonuna qədər neftin qiymətinin 55–58 dollar/barel səviyyəsinə düşməsinin mümkünlüyünü qeyd edirlər. Bunun əsas səbəbləri arasında OPEC+ ölkələrinin hasilatı artırması, yay mövsümündə nəqliyyat tələbinin azalması və ABŞ tərəfindən tətbiq olunan idxal rüsumları göstərilir. Hazırda (20 avqust axşamına) “Brent” neftinin oktyabr fyuçersi 66,7 dollar/barel səviyyəsində ticarət olunur.
Rubl ilə əmanətlərə marağın azalması
Ekspertin sözlərinə görə, payıza yaxın faiz dərəcələrinin enməsi rubl ilə yığımlara marağı azalda bilər. Bazar iştirakçıları ilin sonuna qədər əsas faiz dərəcəsinin 13–14%-ə qədər endiriləcəyini gözləyir. Bu isə əmanətlərin bir hissəsinin digər valyutalara yönəlməsinə, nəticədə rublun zəifləməsinə səbəb ola bilər.
Mövsümi istehlak tələbi
Qalaktionov həmçinin ilin sonuna yaxın artan istehlak tələbinin idxalı stimullaşdıracağını və valyuta çıxışını gücləndirəcəyini bildirib. Bu amil noyabr-dekabr aylarında rublun məzənnəsinə daha çox təsir göstərə bilər.
Qeyd edək ki, 2025-ci ilin ilk yarısında rubl qeyri-adi dərəcədə möhkəm qalaraq, ixracatçıların normadan 40% çox valyuta satması ilə dəstəklənmişdi. Lakin iyulun sonunda rubl kəskin zəifləyib. Belə ki, 29 iyulda Moskva Birjasında ABŞ dollarının fyuçersi 82 rublu keçib. Elə həmin gün Rusiya Bankı dolların rəsmi məzənnəsini 82,22 rubl səviyyəsində müəyyən edib.
Digər proqnozlara görə, “Alfa-Kapital”ın baş investisiya məsləhətçisi Aleksey Klimyuk ilin sonuna qədər dolların 85–90 rubl intervalında olacağını gözləyir. Mənfi ssenaridə bu göstərici 110 rubla, müsbət ssenaridə isə 70–80 rubla qədər dəyişə bilər. “Freedom Finance Global” şirkətinin aparıcı analitiki Natalya Milçakova isə avqustun sonuna qədər dolların 79–82, avronun 92–95, yuanın isə 11–11,5 rubl intervalında qalacağını proqnozlaşdırır.
Bundan əvvəl “T-İnvestisiya”nın baş iqtisadçısı Sofiya Donets də qeyd edib ki, sülh prosesinin tam bərqərar olması halında 2022-ci ilin əksinə valyuta bazarında əvvəlcə rublun güclənməsi, daha sonra isə ticarətin canlanması ilə idxalın sürətlə artması nəticəsində zəifləməsi mümkündür. Onun sözlərinə görə, bu halda rublun trayektoriyası 70 rubldan 110 rubla qədər daha geniş ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 23 saat sonra
-
- 48 d. əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük qızıl ehtiyatı: Yerdəki bütün qızılın 99,999%-i oradadır
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib
-
1 gün əvvəl
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
2 gün əvvəl
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
-
2 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Pfizer, Metsera-nı 10 milyard dollara alır
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
Ən çox oxunanlar
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Noyabrın 9-da gözlənilən hava şəraiti
Bakıda Zəfər muzeyinin açılışı olub
Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi
Azərbaycan Zəfər Gününü qeyd edir
Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb















.jpg)


