Apple 100 milyard dollarlıq yeni investisiya elan etdi
Apple-ın Direktoru Tim Kuk çərşənbə günü Ağ Evdə Prezident Donald Trampa qoşularaq texnologiya şirkətinin növbəti dörd il ərzində ABŞ istehsalına investisiyasını əlavə 100 milyard dollar artırmaq öhdəliyini elan edib. Tramp mətbuat konfransında deyib: “Bu, Amerika Birləşmiş Ştatlarında satılan iPhone-ların Amerikada da istehsal olunmasını təmin etmək üçün əsas məqsədə doğru atılmış mühüm addımdır”.
ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti, ABŞ-a əlavə 100 milyard dollarlıq investisiya yatıracağını açıqlayıb.
Marja.az xəbər verir ki, bu qərar şirkətin istehsalı ölkəyə köçürmək planının bir hissəsidir.
Bu yeni vəsaitlə birlikdə Apple-ın ABŞ-dakı ümumi investisiya həcmi növbəti dörd il ərzində 600 milyard dollar səviyyəsinə çatacaq.
Şirkət ABŞ-da 20 min yeni iş yeri açmağı planlaşdırır; bu iş yerlərinin əksəriyyəti araşdırma-inkişaf, mühəndislik, proqram təminatı, süni intellekt və maşın öyrənməsi sahələrində olacaq.
ABŞ Prezidenti Donald Tramp, bu investisiyanı elan edərkən deyib: “Bu, Apple-ın indiyədək yatıracağı ən böyük sərmayədir”.
Tramp bildirib ki, Apple Kentukki ştatında dünyanın ən böyük və ən qabaqcıl ağıllı şüşə istehsal xəttini quracaq. Eyni zamanda Houston-da server istehsal zavodu, Kaliforniyada nadir torpaq elementlərinin təkrar emalı (recycling) xətti, Texas, Utah, Arizona və Nyu-York-dakı yarımkeçirici və əlaqədar avadanlıqların istehsalı üzrə yeni layihələr planlaşdırılır.
Tramp mətbuat konfransında deyib: “Bu, Amerika Birləşmiş Ştatlarında satılan iPhone-ların Amerikada da istehsal olunmasını təmin etmək üçün əsas məqsədə doğru atılmış mühüm addımdır”.
Apple-ın Direktoru Tim Kuk bildirib ki, Apple məhsullarının istehsalında istifadə olunan ən vacib komponentlər ABŞ-da istehsal ediləcək, bu məqsədlə şirkət Amerika daxilində 10 şirkətlə yeni əməkdaşlıq müqaviləsi imzalayıb.
Kuk əlavə edib: “Amerikada sərmayə yatırmağa davam edəcəyik".
Xatırladaq ki, Apple qısa müddət əvvəl – fevral ayında – ABŞ-da qarşıdakı dörd il ərzində 500 milyard dollardan çox investisiya planlaşdırdığını və bu çərçivədə işçi sayını 20 mindən aşağı tutmadığını bildirmişdi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
