Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
“KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lardan müraciətlərin qəbuluna başlanıldı.
Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası da təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarka 15-17 avqust tarixlərində fəaliyyət göstərəcək.
Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun 12-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Göygöl” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Yarmarka həmçinin, sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
