İqtisadiyyat naziri Şimali Makedoniyaya işgüzar səfər edib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə bu ölkə ilə münasibətlərin prioritet istiqamətləri və iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniyaya işgüzar səfər edib.
Səfər çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycan nümayəndə heyətini qəbul edib.
Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndiyini vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya ilə əməkdaşlığın sürətlə inkişaf etdiyini, iqtisadi-ticarət münasibətlərinin genişləndiyini bildirib. Qeyd edilib ki, tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var. Bu baxımdan, birgə layihə və təşəbbüslərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Görüşdə ölkəmizin iqtisadi potensialı haqqında məlumat verilib, əlaqələrin prioritet istiqamətləri və iqtisadi işbirliyinin inkişaf perspektivləri diqqətə çatdırılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Şimali Makedoniyanın Assambleyasının sədri Afrim Qaşi ilə görüşündə qarşılıqlı faydalı əməkdaşlığın, həmçinin ticarət, investisiya və digər sahələrdə işbirliyinin gücləndirilməsinin önəmi qeyd olunub. Ölkələrimiz arasında iqtisadi sahədə birgə fəaliyyət üçün böyük potensial olduğu bildirilib. Enerji, ticarət, investisiya tərəfdaşlığının perspektivləri və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Şimali Makedoniyanın Baş nazirinin birinci müavini, ətraf mühit və fiziki planlaşdırma naziri İzet Mexhiti ilə görüşdə Azərbaycanın əlverişli investisiya mühiti və iqtisadi potensialı haqqında məlumat verilib, ölkəmizin əlverişli coğrafi mövqedə, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşdiyi və tranzit “hab”a çevrildiyi qeyd edilib. Tərəflər əlaqələrin perspektivləri, birgə təşəbbüslər və potensial layihələr, ənənəvi və bərpa olunan enerji üzrə tərəfdaşlığın möhkəmləndirilməsi barədə müzakirə aparıblar.
Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşdə ticarət, investisiya, enerji, turizm və nəqliyyat sahələri üzrə birgə fəaliyyətin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. İqtisadi sahədə gündəmdə olan tərəfdaşlıq məsələləri, o cümlədən müxtəlif sektorlarda prioritet layihələrin reallaşdırılmasına maraq ifadə olunub, ölkələrimizin biznes dairələri arasında işgüzar əlaqələrin təşviqi imkanları nəzərdən keçirilib.
Şimali Makedoniyanın Avropa işləri naziri Orhan Murtezani ilə görüşdə Azərbaycanın uzunmüddətli strateji təşəbbüsləri, regional və qlobal layihələr, habelə reallaşdırılan investisiya təşəbbüsləri barədə məlumat verilib. Görüşdə ölkələrimizin enerji, sərmayə, ticarət, turizm və aqrar sahə üzrə tərəfdaşlığının təşviqi perspektivləri qeyd edilib, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin qarşılıqlı faydaları dəyərləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
21 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
