Trampın vergi qanunu büdcə kəsirini 3,4 trilyon dollar artıracaq
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) yeni hesablamalarına görə, ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda qüvvəyə minmiş vergi və xərclər haqqında qanun layihəsi yaxın onillikdə ABŞ-ın büdcə kəsirinə əlavə 3,4 trilyon dollar əlavə edəcək.
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) yeni hesablamalarına görə, ABŞ prezidenti Donald Trampın bu yaxınlarda qüvvəyə minmiş vergi və xərclər haqqında qanun layihəsi yaxın onillikdə ABŞ-ın büdcə kəsirinə 3,4 trilyon dollar əlavə edəcək və milyonlarla insanı tibbi sığortadan məhrum edəcək.
Bazar ertəsi açıqlanan CBO təhlilinə görə, qanun mövcud qanunvericiliklə müqayisədə 4,5 trilyon dollar gəlir itkisini və xərclərin 1,1 trilyon dollar azalmasını əks etdirir. Bu yeni təhlil iqtisadi artım və ya faiz dərəcələri kimi dinamik amilləri əhatə etmir.
Tramp respublikaçılar ilə aylarla davam edən danışıqlardan sonra iyulun 4-də “Bir Böyük Gözəl Qanun” adlandırdığı qanun layihəsini imzalayıb. Qanun Trampın iqtisadi gündəminin çox hissəsini əhatə edir: O, gəlir vergisi endirimlərini daimi edir, bəzi bizneslər üçün vergi imtiyazlarını saxlayır, ştat və yerli vergi endirimlərinə məhdudiyyətin yuxatı "tavanını" ləğv edir, bəxşiş və əlavə iş gəlirlərinə görə vergiləri müvəqqəti olaraq aradan qaldırır.
Qanunvericiliyin qəbulu bəzi iqtisadçıların və investorların ABŞ-ın büdcə kəsirinin daha da genişlənəcəyinə dair xəbərdarlıqlarına səbəb olub. Bu, borclanma xərclərini və inflyasiyanı artıra bilər. Bununla belə, Tramp administrasiyası il ərzində ABŞ-ın idxalına tətbiq edilən tariflərdən əldə edilən gəlirləri qeyd edir və bu gəlirlərin büdcə kəsirini kompensasiya edəcəyini iddia edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
