Expressbankın fiziki şəxslər üzrə depozit portfeli 35 milyon manat artıb

Expressbank 2025-ci ilin ll rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Expressbank-ın yaydığı press-relizdə bildirilir ki, Bankın bu dövr ərzində əldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığı, müştəri etimadı və bazarda artan aktivliyi ilə bağlı müsbət nəticələri əks etdirir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın kreditlər üzrə faiz gəlirləri 28%-lik artımla 38 milyon manata yaxınlaşıb. Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir. Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib. Ümumilikdə isə Bankın faiz gəlirləri ötən dövrlə müqayisədə 23% -dən çox artım göstərərək 39 milyon manatı ötüb.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 237 milyon manatı ötüb. Bu da əvvəlki dövrlə müqayisədə 35 milyon manata yaxın, təxminən 17% -dən çox artım deməkdir. Bu artım Expressbankın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.
Cari ilin ilk 6 ayı üzrə Bankın əməliyyat mənfəəti 10 milyon 585 min AZN, məqsədli ehtiyatlar və vergi xərcləri çıxıldıqdan sonra xalis mənfəət 4 milyon 298 min AZN təşkil edir.
Expressbank 2025-ci ilin ikinci rübündə nümayiş etdirdiyi bu nəticələrlə bank sektorunda müsbət dinamika nümayiş etdirən dayanıqlı maliyyə qurumlarından biri kimi çıxış etməyə davam edir. Məlumat üçün bildirək ki, beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2024-cü ilin oktyabr ayında Expressbankın uzunmüddətli emitent defolt reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə yüksəldib və proqnozunu “sabit” olaraq müəyyən edib. Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
17 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
18 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 18 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
