“Azərişıq” regionlarda işlərini daha da genişləndirir
Yeni yarımstansiyalar, ofis binaları inşa edilir, hava xətləri çəkilir
“Azərişıq” ASC yarandığı gündən ölkənin bütün regionlarında istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi, həmçinin istismar müddətini başa vurmuş elektrik şəbəkələrində texniki itkilərin aradan qaldırılması məqsədilə Mərkəzi Aran regionunda da geniş miqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.
ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, Mingəçevir və Naftalan şəhərləri,Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.
Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda əsaslı təmir işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 3 ədəd 110/35/10 kV-luq və 7 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilib və istismara verilib.Hal hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.
Mərkəzi Aran rayonlarında 756 ədəd yüksək gərginlikli, 65.000 ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 162 km yüksək gərginlikli, 10-0,4 kV-luq 670 km hava xətləri tikilmiş, həmçinin 2900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilmişdir.
Mingəçevir şəhərində, Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları inşa edilib, elektrik şəbəkələrinin tamamilə yenidən qurulması və avtomat idarəedilməsi üçün bütün şərait yaradılıb, işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet də var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















