Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır - "Avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq"
Avropa Mərkəzi Bankının rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanı 2% səviyyəsində saxlamaq cəhdlərini poza biləcəyindən narahat olublar.
Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanın 2% səviyyəsində saxlanması səylərini poza biləcəyindən narahat olublar. Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti nəticəsində dollara inamın azalması səbəbindən avro bu il Dollara qarşı təxminən 14% dəyər qazanıb.
Bu, indi ECB-nin hədəfində olan inflyasiyanın yavaşlamasına kömək edir. Lakin təhlükə ondadır ki, avronun bahalşaması daha da davam edərsə və inflyasiya 2% olan hədəfdən də aşağı düşərsə, bu proses onun rəqabət qabiliyyətini zəiflədə bilər. Valyuta son iyirmi ildən çox müddətdə ən uzun bahalaşma tendensiyasındadır və bu məsələ ECB-nin Portuqaliyanın Sintra şəhərində keçirilən illik toplantısında müzakirə olunur.
ECB-nin vitse-prezidenti Luis de Guindos xəbərdarlıq edib ki, avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq. Bu səviyyəyə qədər, "biz bunu bir az gözardı edə bilərik" deyib və əlavə edib: "Məzənnə bu səviyyədən yuxarı olarsa, vəziyyət daha da mürəkkəbləşəcəkdir".
ECB-nin baş iqtisadçısı Filip Leyn CNBC-yə deyib: "Xüsusilə avropalı investorlar - həm də qlobal investorlar - avroya qarşı yenidən balanslaşma görürlər. İndiyə qədər gördüyümüz şey qalıcı görünür, lakin əlbəttə ki, bundan sonra nə olacağını gözləyirik".
ING-nin makroiqtisadiyyat rəhbəri Carsten Brzeski ECB rəsmiləri haqqında, "Onlar bunu hələ tam etiraf etmək istəmirlər, lakin güclü avro artan narahatlıq mənbəyi olacaq. Nəhayət, avronun daha da möhkəmlənməsi təkcə deflyasiya təzyiqini artırmayacaq, həm də onsuz da çətin vəziyyətdə olan ixrac sektoruna iqtisadi ziyan vura bilər ki, bu da faiz dərəcələrinin azaldılmasına əsas qazandıracaq”,- deyib.
Sintrada keçirilən paneldə iştirak edən ECB prezidenti Kristin Laqard məzənnə ilə bağlı şərh verməkdən imtina edib, lakin 2025-ci ilin dollar üçün əhəmiyyətli bir il ola biləcəyini söyləyib. "Bu, bir gecədə baş verməyəcək, tarix boyu heç vaxt belə olmayıb" deyən Laqard, "Ancaq açıq-aydın bir şey pozulub və onu düzəltmək mümkün olub-olmadığını və ya qırılıb-qalmayacağını düşünürəm ki, bu hələ aydın deyil".
Qeyd edək ki, 1 avronun qiyməti 1,18 dollara yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 15 saat əvvəl
-
19 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
21 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
