“Xırdalan 0.0”ın tərəfdaşlığı ilə “Baku Investment Day 2025” uğurla baş tutdu
Azərbaycanın aparıcı startap və innovasiya platformalarından biri olan “Baku Investment Day 2025” bu il “Xırdalan 0.0”ın baş tərəfdaşlığı ilə keçirilib.
Tədbir Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionlarını əhatə edərək, investorları, innovatorları və startapları bir araya gətirən mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması kimi çıxış edib. “Baku Investment Day” bir tək texnoloji irəliləyişləri deyil, həm də sahibkarlıq ruhunu təşviq edərək, regionda iqtisadi və innovativ inkişaf üçün strateji əhəmiyyət daşıyır.
Tədbirin əsas tərəfdaşlarından biri olan “Xırdalan 0.0”, yerli istehsalın və dayanıqlı texnologiyaların önəmini vurğulamaqla innovativ təşəbbüslərə dəstəyini bir daha nümayiş etdirdi. Tədbir çərçivəsində “Carlsberg Azerbaijan”ın Marketinq direktoru Anton Panasenko çıxış edərək “Xırdalan 0.0” haqqında məlumat verib. O, bu məhsulun tam yerli arpadan hazırlanmış və ölkədə istehsal olunan ilk tam alkoqolsuz pivə olduğunu qeyd edib.
“Xırdalan 0.0” — 100% Azərbaycan istehsalı olan, yüksək texnologiyalarla hazırlanmış, zəngin ətir və dad balansına malik alkoqolsuz lager pivəsidir. Məhsulun keyfiyyəti və texnoloji üstünlüyü, 1875-ci ildən fəaliyyət göstərən və pivəbişirmə sahəsində qlobal yeniliklərə imza atan Carlsberg Tədqiqat Laboratoriyasının uğurlarına əsaslanır.
“Baku İnvestment Day” tədbirindən bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi ilə "Carlsberg Azerbaijan" şirkəti arasında 2025–2030-cu illəri əhatə edən Anlaşma Memorandumu da imzalanıb. Sənədin icrası xammal və qablaşdırma materiallarının lokallaşdırılmasına, tam yerli istehsalın təmin edilməsinə, ətraf mühitin qorunmasına töhfə verəcək.
Qeyd edək ki, 2022-ci ildən etibarən hər il keçirilən “Baku Investment Day” indiyədək 1,5 milyon ABŞ dolları həcmində investisiya cəlb edib. Tədbirə 100-ə yaxın tərəfdaş və sponsor dəstək göstərib, 275-dən çox startap iştirak edib.
Şirkət haqqında məlumat:
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Kronenbourg Blanc 1664”, “Əfsanə” kimi məşhur brendlər daxildir.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















