Türkiyədən olan iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə görülmüş işlər, investorlar üçün tətbiq olunan güzəşt və azadolmalar, həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, 190 hektar ərazini əhatə edən Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Hazırda Parkda investisiya portfeli 260 milyon manatdan çox 28 sahibkarlıq subyektinə rezidentlik. 4 sahibkar isə qeyri-rezidentlik statusu verilib, 9 müəssisə fəaliyyət göstərir. Digər müəssisələrin təşkili istiqamətində işlər davam etdirilir.
Bugünədək Sənaye Parkında görülən işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb.
Görüş çərçivəsində Türkiyəli iş adamları Ağdam Sənaye Parkında mövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.
Qonaqlar Ağdam Sənaye Parkıda görülmüş işlər, Parkın rezidenti “Bafco İnvest” MMC-nin müxtəlif növ ayaqqabıların istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
